Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto


05.07.2019  14:58 

Sabiq nazir: “Qarabağda hərbi əməliyyat başlayacaq“





A+  A-

“Paşinyanın Qarabağ klanı ilə mübarizəsisində bir neçə istiqamət görmək olar. Qərbyönlü siyasətçilər ruspərəst siyasətçilərlə mübarizə aparırlar. Eyni zamanda onu da görürük ki, Qərb də Paşinyanı o qədər qəbul etmir. Hiss olunur ki, Qərb Paşinyana etibar etmir”.
XəzərNews.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında keçmiş xarici içlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, bu səbəbdən Qərbin Ermənistana ciddi maliyyə dəstəyi edib, bu ölkəni Rusiyanın nəzarətindən çıxarıb öz nəzarətinə götürməsi mümkünsüz görünür və çox mürəkkəb proseslər gedir:

“Hesab edirəm ki, Köçəryanın yenidən həbs edilməsi ilə Paşinyan Qərbə göstərmək istəyir ki, qərbyönlü siyasətçi olmaqda israrlıdır. Amma o, belə addımları ilə inam qazana bilmir. Gələcəkdə Ermənistanda baş verə biləcək böhranlar daha çox sosial yöndə görünür.

Əvvəllər dediyim kimi, bir daha bildirirəm ki, Paşinyan Qarabağda hərbi əməliyyatların bərpasına çalışacaq. Uğurlu olub-olmamasından asılı olmayaraq, göstərməyə çalışacaq ki, Rusiya Ermənistanı satıb. Gedən ssenari buna bənzəyir. Paşinyanın başqa yolu qalmayıb. Gec və ya tez bu ssenari reallaşacaq. Azərbaycan buna hazır olmalıdır”.

Xəbər 3799 dəfə oxunub.



24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +