Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı


01.02.2019  17:32 

Sürücülərin diqqətinə! - Nişanlarda dəyişiklik olundu





A+  A-

Bakıda parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişiklik olunur.
Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.

Bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır.




Xəbər 3063 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +