Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı


06.01.2019  10:21 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 245 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2018-ci il yanvarın 3-də 384 sm), Şirvanda 347 sm (2018-ci il yanvarın 3-də 249 sm), Salyanda 317 (2018-ci il yanvarın 3-də 215 sm), Bankədə 263 sm (2018-ci il yanvarın 3-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2018-ci il yanvarın 03-də 120 sm) təşkil edib.

Xəbər 3196 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +