“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


31.03.2017  10:32 

Gömrükdə əməliyat - 8 min siqaret müsadirə edildi





A+  A-

Gömrükdə avtomobildə gizlədilən 37 mobil telefon və 8 min ədəd siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksesuarları ilə birlikdə üzərində "X-BO V3+" yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd "Samsung Galaxy A3", 2 ədəd "Samsung Galaxy J3" və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 8 min ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər 3175 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +