Goranboyda yaşayış binasının döşəməsi çöküb
Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib


20.11.2025  11:52 

Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar verdi





A+  A-

Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunmasına dair Qaydalarda dəyişiklik edilib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, təqsirkar işəgötürən yenidən təşkil olunduğu halda əlilliyi olan şəxslərin sanatoriya-kurort putyovkası ilə təmin edilməsi onun hüquqi varisi tərəfindən həyata keçiriləcək.

Qaydalarda növbəlilik və məlumatlandırma mexanizmi də dəqiqləşdirilib. Belə ki:

• Növbəsi çatdıqda əlilliyi olan şəxsə və ya əlilliyi olan uşağın qanuni nümayəndəsinə sanatoriya-kurort müəssisəsinə göndərişlə bağlı məlumat ən azı 7 iş günü əvvəl göndərilir.

• Şəxs sanatoriya-kurort yollayışı ilə ən azı 3 iş günü əvvəl təmin edilir.

• Məlumatı alan şəxs 3 iş günü ərzində sanatoriya-kurorta gedib-getməyəcəyini yazılı, şifahi və ya elektron formada bildirməlidir.

Yeni qaydalara görə, əlilliyi olan şəxs il ərzində iki dəfədən çox xəbərdarlıq müddətində cavab vermədikdə və ya təklif edilən putyovkadan imtina etdikdə növbədən çıxarılır. Bu barədə həmin şəxsin əlaqə vasitələrinə məlumat göndərilir. Növbədən çıxarılan şəxs 5 iş günü sonra yenidən növbəyə yazıla bilər.

Qərar həmçinin ağır dərəcəli əlilliyi olan şəxslərin müşayiətçiləri ilə bağlı qaydaları da müəyyənləşdirir. Orqanizmin funksiyasının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və əlilliyi olan uşaqların müşayiətçiyə ehtiyacı olduqda bu barədə Fərdi Reabilitasiya Proqramında qeyd aparılır. Müşayiətçilər sanatoriya-kurort putyovkası ilə həmin şəxslərlə birlikdə təmin olunurlar.

Əlilliyi olan uşağı müşayiət edən şəxs valideyn, qanuni nümayəndə və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxs ola bilər. Müşayiətçinin dəyişdirilməsi isə yalnız bir dəfə və yazılı və ya elektron müraciət əsasında mümkündür.

Sanatoriya-kurort müəssisələri müalicə başa çatdıqdan sonra şəxsin qəbul və buraxılma tarixləri, müalicə nəticələri və “Geri qayıtma” talonu barədə məlumatı 30 gün ərzində aidiyyəti quruma təqdim etməlidirlər. Bu məlumatlar sonradan MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edilir və Fərdi Reabilitasiya Proqramının icrası ilə bağlı hesabatlarda avtomatik əks olunur.

İşləyən əlilliyi olan şəxslər üzrə “Geri qayıtma” talonunun qeydiyyatı isə mövcud qanunvericiliyə — Nazirlər Kabinetinin 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş Əsasnaməyə uyğun aparılacaq.

Dəyişikliklərin məqsədinin prosesin şəffaflığını artırmaq, məlumatlandırmanı dəqiqləşdirmək və əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsinə çıxışını daha sistemli şəkildə tənzimləmək olduğu bildirilir.

Xəbər 291 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +