Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı


17.11.2025  11:59 

Bu bank bayrağımızda yanlışlığa yol verdi - FOTO





A+  A-

Azərbaycan Sənaye Bankı (ASB) 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.

XəzərNews.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.

Dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı artırılaraq 10-a qaldırılıb, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb.

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.

Bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%- Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.



Xəbər 1121 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +