Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib
“Lake Hotel”dəki faciənin Mehdiyevlə nə əlaqəsi?
Tələbə xərçəngdən vəfat edib
Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub


12.10.2021  19:01 

Bakıda “Minaların yaratdığı problemlər və onların aradan qaldırılmasına yönəlik səylər” mövzusunda konfrans keçirilib - FOTO





A+  A-

"Azərbaycanın sülh, inkişaf və yenidənqurma istiqamətində irəliləyişində minaların yarada biləcəyi problemlərin aradan qaldırılması" başlıqlı konfrans oktyabrın 12-də Bakının "Park Inn" hotelində keçirilib.

XezerNews xəbər verir ki, tədbir "LINKS-Avropa" tərəfindən Qafqaz Siyasi Analiz Mərkəzinin dəstəyi və ANAMA-nın (Azərbaycanın Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi) iştirakı ilə, "Minalarsız Cənubi Qafqaz 2021"-ci il kampaniyası çərçivəsində gerçəkləşdirilib. Konfransın əsas məqsədi minaların yenidənqurma və bərpa işlərinə törətdikləri problemlər, bu məsələdə beynəlxalq və regional fəaliyyətlər istiqamətində müzakirələrin keçirilməsi, birgə fəaliyyət imkanlarının barədə fikir mübadiləsidir.

Konfransın açılış sessiyasında Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Michalkonun çıxış edib, məsələ ilə bağlı təmsil etdikləri müvafiq təşkilatların mövqelərini konfrans iştirakçılarına çatdırıblar.

Tədbirdə çıxış edən Böyük Britaniyanın və Fransanın Azərbaycandakı səfirləri Ceyms Şarp və Zachari Qross məsələnin vacibliyi və bu istiqamətdə Azərbaycanla əməkdaşlıqları, təmsil etdikləri hökumətlərinin Azərbaycandakı fəaliyyəti barədə məlumat veriblər.

Tədbir zamanı “Azərbaycanda mina və partlamamış hərbi sursat probleminin miqyası”na dair ANAMA-nın təqdimatı, daha sonra minaların humanitar fəsadları ilə bağlı məsələlərə dair digər qısa təqdimatların edilməsinin ardınca, Azərbaycanın müvafiq vətəndaş cəmiyyəti təmsilçiləri məsələ ilə bağlı öz fikirlərini səsləndirib, beynəlxalq aktorlarla əməkdaşlığa dair təkliflər verib, Azərbaycan ictimaiyyətini maraqlandıran məqamları onların nəzərlərinə çatdırıblar.

Tədbirə rəsmi şəxslər, diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri dəvət ediliblər.




Xəbər 2394 dəfə oxunub.




28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +