Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib
“Lake Hotel”dəki faciənin Mehdiyevlə nə əlaqəsi?
Tələbə xərçəngdən vəfat edib
Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub


26.05.2020  14:38 

DYP 5 nəfərin ölümü ilə bağlı məlumat yaydı - SİYAHI





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Sumqayıtda 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, məlumatda deyilir:

"26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər".

Xəbər 3036 dəfə oxunub.




28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +