Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?


10.09.2018  20:51 

BANM-in 700 bal toplayan tələbəsi: “Nəaliyyətlər həm insandan, həm də ki şansdan asılıdır”





A+  A-

Bu il qəbul imtahanında 700 bal toplayan Elgün Zamanlı Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Elgün, özünüz haqqında bir az danışın.

- Mən Elgün Zamanlı, 2001-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 2006-cı ildən Xırdalan şəhərində yaşayıram. 2007-ci ildə Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 2018-ci ildə isə həmin məktəbdən məzun olmuşam.

- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiniz?

- Əlbəttə ki, valideynlərimə və müəllimlərimə təşəkkürümü bildirirəm. Onların üzərimdə əməyi çox böyükdür.

- Niyə I qrupa üstünlük vermisiniz?

- Texniki fənlərə olan marağım və mühəndis olmaq arzum məni bu qrupa yönəltdi.

- Ən çox hansı fənni və nə üçün sevmisiniz?

- Riyaziyyat. Digərlərindən fərqli olaraq bu fənlə məşğul olanda sıxılmırdım.

- Ali məktəblər arasında nə üçün məhz BANM-ı seçdiniz?

- Tələbələrinə göstərdiyi qayğısı ilə və universiteti bitirdikdən sonra işlə təmin etdiyinə görə digər universitetlərdən çox fərqlənir. Mənim fikrimcə, Azərbaycanda mühəndis olmaq istəyənlər üçün ən ideal universitet BANM-dır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

- Boş vaxtlarımda futbol oynamağı və futbol izləməyi sevirəm. Bir sözlə, futbolla bağlı hər şeyi sevirəm. Şahmat oynamaq, dostlarımla gəzmək də boş vaxtlarımda etdiyim fəaliyyətlərdəndir.

- BANM-da hansı ixtisası seçdiniz?

- Mən “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim.

- Niyə məhz bu ixtisasda təhsil almağa qərar verdiniz?

- Həm yeni açıldığı üçün mənə maraqlı gəldi, həm də düşünürəm hazırda ən perspektivli ixtisaslardan biridir. İndi yaşadığımız dövrdə “İnformasiya təhlükəsizliyi”nin nə dərəcədə mühüm olduğu hamıya məlumdur. Məhz bunun üçün heç tərəddüd eləmədən bu ixtisası seçdim.

- Seçiminizi özünüz etmisiniz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

- Sözün düzü, həm valideynlərimin, həm də ki müəllimlərimin məsləhəti olub. Onların da məsləhətini nəzərə alaraq seçimimi etdim.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan daha hansı ixtisaslar var?

- Müasir dövrü kompütersiz təsəvvür etmək olmaz. Mənim fikrimcə, kompüterlə bağlı olan ixtisasların parlaq gələcəyi var. “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kimi ixtisasları nümunə göstərmək olar.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?


- Universiteti bitirdikdən sonra magistr oxumaq istəyirəm. Öz ixtisasım üzrə mükəmməl biliyə yiyələnib daha sonra karyeraya başlamaq fikrindəyəm.

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiniz?

- Bu haqda indi hər hansı bir fikrim yoxdur. Onun üçün bir fikir bildirə bilməyəcəm.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- İnsanların çoxu uğur əldə edə bilmək üçün hər şeyə sahib olur. Amma yalnız əziyyət çəkən və özünə inananlar uğur əldə edir.

- Bəs nailiyyətlər insanın özünə, yoxsa şansa daha çox bağlıdır?

- Düşünürəm hər ikisindən – həm insandan, həm də ki şansdan asılıdır.

- Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiniz?

- Dostluq qan qohumluğu olmayan qardaşlıqdır. Çox dostum yoxdur. Sadəcə xasiyyətini bəyəndiyim insanlarla dostluq edirəm.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?

- Bizdən sonra gələcək abituriyentlərə özlərinə inanaraq çoxlu çalışmaqlarını məsləhət görürəm. Yalnız o zaman istədiklərinə nail ola bilərlər.

Xəbər 4989 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +