2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib


04.06.2018  09:17 

İbrahimbəyovun titulları geri alınacaqmı?





A+  A-

Bir müddətdir Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz triosu” filmi mətbuatda, sosial şəbəkələrdə müzakirə edilir, tənqid olunur. Aparılan müzakirələrdə Rüstəm İbrahimbəyovun bu günə qədər aldığı titul və adlarının geri alınması ilə bağlı da fikirlər səslənməkdədir.
Hətta az öncə deputatlardan da bir neçəsi ölkə rəhbərliyinə müraciət edərək yazıçının adlarının geri alınmasını istəmişdi. Lakin hökumət tərəfindən bu müraciətlərə reaksiya verilmədi.

O sırada deputat Fəzail Ağamalı da açıqlamalarında bildirmişdi ki, Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş bütün titullar, fəxri adlar geri alınmalıdır. Çünki artıq R.İbrahimbəyov öz hərəkəti ilə həmin titulları daşımaq haqqını itirib. Necə ki, vaxtı ilə Əkrəm Əylisli oxşar addım atanda onun titulları alınmışdı. Maraqlıdır, hökumət bu müraciətə adekvat reaksiya verə bilərmi?

XəzərNews.az-ın məlumatına görə, Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, söykənmiş olduğu milli dəyərlərə, dövlətçiliyə qarşıdır, hətta düşmən mövqeyində dayanıb. Bu, artıq bir neçə ildir ki, davam etməkdədir. “Mən də buna təmkinli yanaşan insanlardan biri idim, düşünürdüm ki, hisslərini cilovlaya bilmir, vaxtilə böyük bir torpaq sahəsi alıb orada özünə biznes mərkəzi yaratmaq istəyi reallaşa bilmədiyi üçün çox əsəbidir və nəhayət, bu hikkələrə son qoyular. Lakin göründüyü kimi, o, Azərbaycana qarşı mənfi keyfiyyətlərini, niyyətlərini dayandırmaq niyyətində deyil.

Azərbaycanda xalqın əksəriyyəti Rüstəm İbrahimbəyovun titullarının geri alınmasına “hə” deyəcək düşüncədədir. İndi bunu hökumət etmir, bizim onun səlahiyyətinə qarışmaq fikrimiz də yoxdur".

Deputat Fazil Mustafa isə bildirib ki, bir yazıçının titul və adlarının geri alınması doğru addım deyil: “Əslində bu cür müraciətlərin edilməsi özü bir qüsurdur. Yaxşı ki, bu müraciətlər nəzərə alınmadı. Çünki hansı formada olursa-olsun, yazarın, filosofun, alimin linç edilmə ənənəsi onlara qarşı təhlükəli bir tendensiyadır. Buna qətiyyən yol vermək olmaz. Rüstəm İbrahimbəyovun əsəri aydın fikirli insanlar tərəfindən zəif, azərbaycanlıları müəyyən dərəcədə aşağılayan bir əsər kimi qəbul edildi. Siyasi motivlə, düşüncə ilə bəraət qazandırmaq istəyən insanlar da oldu, onlar başladılar ki, bu bir kampaniyadır və sairə.

Şəxsən mən filmi izlədikdən sonra mövqeyimi bildirməyə çalışdım ki, burada heç bir kampaniya yoxdur. Açığı, sizə deyim ki, orada problemin çözümünü, doğru niyyəti, azərbaycanlılara yönəlik, onların bu məsələyə yanaşmasının cəmiyyətə doğru çatdırılmasını görmədim. Ssenaridə azərbaycanlı obrazını heç də yaxşı yaratmamış, 2-3 epizod ilə ona zərbə vurmuşdu. O cümlədən, yaşlı adamın öldürülməsi, uşaqların belə bu psixologiyada yaşaması faktının dilə gətirilməsi hər halda əsərin uğursuz istiqamətdə və məqsədyönlü şəkildə olması fikrini verir.

Amma yazıçının əsərinə görə linç edilməsi yanlışdır. Bir yazıçının əsəri xoşumuza gəlməyə bilər, amma cəmiyyətdə xoşa gəlinməyən əsəri nifrət obyektinə çevirmə ənənəsi sovet və ya qədimlərdə avtoritar dövrlərdən qalma bir yanaşmadır. Hesab edirəm ki, bu məsələdə bu cür davranış doğru deyil və yaxşı ki, hökumət tərəfindən hər hansı bir addımlar atılmadı".

Xəbər 2825 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +