Dekabr ayı qarlı, yağışlı, şaxtalı olacaq
Elçin Quliyev müavinini vitse-prezident qoydu
“Baksol yolu“nda yanğın başlayıb
Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib


21.06.2017  09:27 

Cəbhədə təxribat – Atəşkəs 125 dəfə pozuldu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Şavarşavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər 2719 dəfə oxunub.




28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +