Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?


11.04.2017  11:06 

Mühacirət “bazar”ı ilə bağlı daha bir qalmaqal





A+  A-

AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Türkel Azərtürk Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılını mühacirlər üçün saxta partiya vəsiqəsi hazırlayıb satmaqda ittiham edib.
Bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat paylaşan T.Azərtürk qeyd edib ki, Almaniyada mühacirət etmiş bir azərbaycanlı isə söhbəti zamanı təsadüfən bunu öyrənib: “Xeyli söhbət etdikdən sonra məlum oldu ki, adam "cəbhəçidir". Dedim AXCP-nin hansı rayon şöbəsinin üzvüsən. O da vəsiqəsini göstərib dedi ki, inanmırsan bax. Baxan kimi aydın oldu ki, sənəd saxtadır. Mənim də cəbhəçi olduğumu biləndə, həmin şəxs dedi ki, “cəbhəçi deyiləm, sadəcə Bakıda Ramin Hacılı adlı bir qardaş işimi düzəltdi. 3000 manata bu partiya biletini və naməlum şəxslər tərəfindən döyülməyimlə bağlı sənəd verdi ki, intervyuda təqdim edim”.

Bu məlumat paylaşıldıqdan sonra ictimai müzakirələrə səbəb oldu və geniş auditoriyada yayıldı.

İttiham olunan Ramin Hacılı “Qafqazinfo”ya açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, cəbhəçilərin onunla intriqası bir neçə il əvvəldən başlayıb: “2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi mən Brüssel tərəfindən tanındım. Bir neçə namizəd var idi. O cümlədən cəbhəçi Qənimət Zahid də. Amma mərkəz mənim göstəricilərimi məqbul saydı və adımı təsdiqlədi. O zaman AXCP-çilər üstümə hücuma keçdi. 2013-cü ildə Demokratik İslahatlar Partiyasından ayrılanda cəbhəçilər onlara qoşulmağı təklif etdilər, razılaşmadım. Yenə hücum başladı.

Uzun müddətdir xaricdə təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Avropaya gedənlər arasında sənəd alıb sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Hanı partiya və təşkilatların bu pullar hesabına yaşadığı ölkədə çox adama bəllidi.

Bir neçə ay əvvəl şəkil paylaşıb yazmışdılar ki, “bu vəsiqəni Razi Nurullayev verib və saxtadı”. İndi də eyni sənədi paylaşıb yazıblar ki, Ramin Hacılı edib. Bir az əvvəl də deyirdilər Müsavat Partiyasının işidi və s. Adlarını çəkmək istəmədiyim daha kimləri ittiham ediblər”.

R.Hacılı iddia edib ki, AXCP mitinqlər təşkil etməklə mühacirətə getmək istəyənlərə şərait yaradır və sənəd verərək həmin şəxsləri mühacirətə göndərir: “Birdən - birə mitinq etdilər, siyasi muhacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir. Amma ətrafda hər kəs bilir. Ən çox da hakimiyyət bilir. Dövlət mitinqə xərclənən pulların hardan gəldiyini ifşa etməyə çalışır. Cəbhəçilərin də əlində bir saxta dedikləri sənəd var. Dəqiqədə dövriyyəyə buraxıb adsız şahidlərin dilindən “filankəs dedi ki, bu saxta sənədi mənə filankəs (vurmaq istədikləri adamın adı) verib” yazırlar. O filankəs kimdi? Niyə elədiklərinizin arxasında durmursuz? Açıq şəkildə, kişi kimi deyin ki, bəli, sənəd veririk, insanlar mühacirətə gedir. Siz ki “hamıdan yaxşı” müxalifətçisiz. Məhkəməyə müraciət etsəm deyəcəksiz ki “hakimiyyətin adamıdı, bizi tutdurur”. Sizin bazarınıza girməmişəm, qorxmayın, cənablar. İnsanlara viza almağa kömək etmişəm. Ortada fakt yox, söz - böhtan var”.


(qafqazinfo.az)

Xəbər 3722 dəfə oxunub.




28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +