Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda


05.04.2017  12:48 

Qohumla niyə evlənmək olmaz? - Həkim açıqlayır





A+  A-

“Yaxın qan qohumu ilə evlənmək olarmı? Suala cavab verərkən məsələnin milli, mənəvi, psixoloji və yaxud mental tərəflərini bir kənara qoyaq. Bəs, bu nikahlardan doğulan əlil və irsi-genetik xəstəliklərdən əziyyət çəkən uşaqları neyləyək?!”
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri ölkənin tanınmış pediatrı Vaqif Qarayev dünəndən müzakirə olunan əminin qardaşı qızını qaçırması hadisəsinə şərh verərkən deyib. Həkimin sözlərinə görə, ona müraciət edənlər arasında qohumu ilə ailə həyatı qurduğu üçün övladı anadangəlmə fiziki və əqli qüsurlu olan valideynlər az deyil:

“Bəzən nəslin bütün uşaqları eyni irsi xəstəlikdən əziyyət çəkir. Hətta elə hallar da olur ki, bir ailənin bütün uşaqlari fiziki qüsurlu doğulur. Səbəbi isə çox sadədir: Ata, ana qohumdur və nəsildə bir neçə epilepsiya xəstəsi var. Bu qohum nikahdan da epileptik uşaq doğulur. Bu kimi misallar heç də az deyil. Çox təssüf olsun ki, təhsillisi də, cahili də, nadanı da - hamı iki arqument göstərir: Birincisi: din qadağan etmir, əksinə məqbul sayır, ikincisi isə qohumu ilə evlənib və övladı sağlamdır.



Dinə qarışmaq fikrim yoxdur, bu, cahillikdən başqa bir şey deyil. Amma ilk uşağın sağlam doğulması sonrakı doğulacaq uşaqların sağlamlığına zəmanət vermir.

Hətta konkret misallar da göstərirlər ki, filan kənddə hamı qohumu ilə evlənir. Müşahidələrimdən o qənaətə gəlmişəm ki, bu işdə təhsilli insanlarımız da israrlıdır. Ancaq o “filan” kənd deyilən yerdə kifayət qədər epileptik və oliqofrenik uşaqlar var. O valideynlərin əzabını heç kim bilmir”.

Həkim onu da qeyd edib ki, qohum nikahlarından sağlam uşaq doğula bilər, ancaq risk böyükdir:

“Əlbəttə ki, qohum nikahlardan sağlam uşaq doğula bilər. Amma bu uşağın hər hansı bir genetik xəstəlik daşıyıcısı olma riski böyükdür. Xəstəlik ondan sonrakı nəsillərdə üzə çıxacaq. Ailədə hətta bir uşaq belə əlil doğulursa, bu, faciədir”.

Xəbər 4404 dəfə oxunub.



28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +