Balasanyanın Bakıya ünvanladığı məktubda nə yazılıb?
Küləklə bağlı sarı XƏBƏRDARLIQ
İmişlidə saxlanılanlar vəkillə təmin OLUNDU
“5 kişi üstümə cumub telefonu əlimdən aldılar“
Yeni elektrik avtobuslarının problemi NƏDİR? - VİDEO
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları SATILIR?
DYP maşınının vurduğu “Mersedesi“ kim sürüb?
Nizaməddin Şəmsizadə komaya DÜŞDÜ
İmişlidə ölən uşaqların fotosu YAYILDI
Hökümənin ailəsinin pulunu oğurlayanın saxlanılma anı - VİDEO


13.02.2018  10:58 

“Ölkədə əmək haqlarının miqdarı düzgün göstərilmir”





A+  A-

Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" konfransda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr Ziyad Səmədzasə çıxış edib.
XəzərNews.az xəbər verir ki, o, bundan sonra sahibkarla mütəmadi görüşlər keçiriləcəyini qeyd edib:

Hər bir ölkənin iqtisadi qüdrətinin artmasında vergilərin rolu böyükdür. Vergi həyatın tələbidir, ondan qaçmaq olmaz. Azərbaycanda yeni sistemin qurulması bizim inkişafımızı təmin edib. Büdcə sistemi də buna nümunədir. Qloballaşan dünyada risklərin artdığı zamanda ölkənin stabil vergi sistemi olmalıdır. Artıq sovet sistemindən fərqli olaraq sahibkarlıq azaddır. Son 15 ildə büdcə proqnozu tam yerinə yetirilib.

Azərbaycanda çox məsələlər iqtisadi strukturlarla birlikdə həll edilməlidir. Vergi yükünü yox, vergi ödəyəcisinin sayını artırmaq lazımdır. Bu, ən böyük problemlərimizdən biridir. Ola bilər ki, vergi yükü hesabına proqnoz yerinə yetirilsin, amma vergi ödəyiciləri artmasın. Biz vergi ödəyicilərinin sayının artmasına diqqət ayıraq və gələcəkdə buna nail olaq.

Kənd təsərrüfatında çalışanlar ölkənin 30-35 faizi əhatə edir. Amma onlar vergi ödəmir. Biz yavaş-yavaş onlarla da işləməyə başlamalıyıq. Mikayıl müəllim, biz bu məsələni nəzarətə götürməliyik".

Komitə sədri daha sonra qeyd edib ki, Azərbaycanda əmək haqlarının miqdarı düzgün göstərilmir:

"Biz bu məsələni həll etsək, beynəlxalq aləmdə də nüfuzumuz artar. Büdcə gəlirlərini 35 faiz təşkil etsək, biz çox məsələləri həll edə bilərik. Bu koordinasiya daha da təkmilləşdirilməlidir. Necə edək ki, büdcə gəlirlərini artıraq? Biz bunun üzərində işləyib yolunu tapmalıyıq.

Necə olur ki, vergi ödəyicilərinin 60-70 faizini təşkil edənlər verginin 0-1 faizini təşkil edir.

Bizdə həddən artıq azadolmalar var. Biz müstəqilliyimizin ilk illərində buna gedirdik, investisiya cəlb etmək üçün bunu edirdik. Artıa buna da limit qoyulmalıdır.

Elə bir ölkə yoxdur ki, məhsuldarlıqda səmərəlilik məsələsi əsas götürülməsin. Azərbaycanda bu qədər şərait yaradılır, amma mənfəətin xüsusi çəkisi 3 faizdir. Bu necə olur? Eyni məhsulun rentabelliyi başqa ölkələrdə 18 faiz, bizdə 3 faiz təşkil edir. İnvestorlar da buna görə ölkəyə qiymət verirlər. Bu məsələyə də diqqət ayrılmalıdır.

Pul kütləsinin qıtlığına o vaxt icazə verilər ki, inflaysiya pik həddə çatar. Bu gün situasiya tələb edir ki, sahibkarlar pula çıxışda çətinlik çəkməməlidirlər. Mərkəzi Bankın rəhbəri söz verib ki, faizlər azaldılacaq".

Xəbər 1652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.01.2025  09:46 

Bu ölkədə “TikTok” BAĞLANDI

18.01.2025  22:15 

Abdolbari Gozal VƏFAT ETDİ

18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +