Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?


01.08.2025  10:55 

Turizm Agentliyində 18,5 milyonluq yeyinti





A+  A-

Hesablama Palatasının aktı prokurorluğa təhqiqata başlamaq üçün hüquqi əsas verir; vəkil: “Belə əməllər inzibati yox, cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün İş Planına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində (Agentlik) həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb. Audit 2021-2024-cü illəri əhatə edib.

XəzərNews.az xəbər verir ki, auditlə aşağıdakılar müəyyən olunub:

Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.

Agentlik tərəfindən “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi” publik hüquqi şəxslərə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18500,0 min manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.

Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub. Bir müddət əvvəl agentlikdə həbslər aparılmışdı. Amma sədr vəzifəsində qalmışdı. Bu fakt isə onun gedişini şərtləndirə bilər.

Xatırladaq ki, Hesablama Palatası Dövlət Turizm Agentliyində 2021-2024-cü illəri əhatə edən audit aparıb və nəticədə 18,5 milyon manatlıq büdcə vəsaitinin məqsəddən kənar istifadəsi, artıq ödənişlər və illik qalıqların “gizlədilməsi” hallarını aşkarlayıb. Bu, sıradan texniki nöqsan deyil. Burada söhbət artıq maliyyə intizamının sistemli şəkildə pozulmasından gedir. Məsələni daha da ağırlaşdıran odur ki, bu agentlikdə bundan əvvəl də hüquq-mühafizə orqanlarının əməliyyatları və həbslər olub. O vaxt rəhbərlik toxunulmaz qalmışdı. İndi isə Hesablama Palatasının rəsmi aktı var və bu, artıq hüquqi məsuliyyəti qaçılmaz edən əsasdır.

Xəbər 306 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +