Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  13:35 

Nazirin səs-küylü görüntüləri ilə bağlı açıqlama





A+  A-

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-də Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub.

XəzərNews.az xəbər verir ki, videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməsi öz əksini tapıb.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən müraciətimizə cavab olaraq bildirilib ki, Anım Günündə müraciət edən vətəndaşlar nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev tərəfindən yerindəcə qəbul olunub və müraciətləri baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə təqdim olunub: “Müraciətlərin mahiyyəti Maliyyə Nazirliyinin fəaliyyət dairəsinə aid olmadığı nəzərə alınaraq, araşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib”.

Xatırladaq ki, Sahil Babayev 2018-ci ildən bu ilin fevralına qədər əmək və əhalinin sosial müdafiəsi naziri olub.


Xəbər 1384 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +