Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


10.12.2025  14:14 

Fətullayevdən məmurlara: Niyə oturduğunuz gəmini batırırsız?





A+  A-

Sivil ölkələrdə iqtisadi problemlər, inflyasiyanın doğurduğu səbəblər, parlamentlə Nazirlər Kabineti arasında fikirlər toqquşması müzakirə olunur, gündəmi zəbt edir…

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Eynulla Fətullayev çıxış edib.

E.Fətullayev bildirib ki, indi gələk bizim Azərbaycanda uca millətimizi narahat edən başlıca mövzuya:

“Yazırlar ki, Neftçalanın icra başçısı Mirhəsən Seyidov 25 min manatlıq kurtkada gəzir. Soruşmaq ayıb olmasın, bəs başçı nədə gəzməlidir? Teloqreykada? Ya şortikda? Və harda sübut olunub ki, Seyidovun kurtkasının qiyməti 25 mindir? Bəlkə heç Kiton brendi deyil, Çinin geydirməsidir? Hanı sübutlar?”

E.Fətullayev hökumətə də suallar ünvanlayıb:

“Xalqımızı bu rəzil günə salan ictimai institutlarla niyə mübarizə aparılmır?

Axı gün kimi aydındır ki, bu cür ucuz, neobolşevizmi təlqin edən zəhərli təbliğatı bəzi məmurların himayəsində olan saytlar aparır!!!

Niyə belə edirsiniz?

Niyə oturduğunuz gəmini batırırsız?

Niyə xalqı prezidentin nümayəndələrinə qarşı qaldırırsız?

Artıq elə bir mərhələyə qədəm qoymuşuq ki, mən bir çox prosesləri anlaya bilmirəm. Daha doğrusu anlamaq istəmirəm! Amma Prezident Aparatında bu işlərə məsul məmurlar proseslərin hansı təhlükəli məcrayə sürükləndiyini nəhayət anlamalıdır!”



Xəbər 1476 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +