Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


10.12.2025  10:58 

Adil Kərimli: Fərqli baxışlar qaçılmazdır





A+  A-

"Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub".

Bu sözləri mədəniyyət naziri Adil Kərimli “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu”nda açılış nitqi zamanı deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin də dövlət siyasətində mədəniyyət anlayışı ana xəttə malikdir: “Onun Azərbaycan mədəni dəyərlərinin zənginləşməsi, gənc nəsildə yaradıcı potensialın inkişafı istiqamətində fəaliyyəti danılmazdır”.

Nazir bildirib ki, Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanmaqdadır.

“Bu model, bu baxışla bağlı yaxın zamanda əlavə açıqlamalar veriləcəkdir”, - o qeyd edib.

Adil Kərimli cəmiyyətdə mədəniyyətə fərqli baxışların qaçılmaz olduğunu da bildirib: “Mədəniyyət sosial məfhum və fenomendir. Bu mənada, mədəniyyətə yeni və geniş baxış formalaşmaqdadır. Hər şeyin başında mədəniyyət anlayışı dayandığı kimi, hüquq sistemində də mədəni dəyərlərimiz nəzərə alınmalı, bu əsasda qanunvericilik formalaşmalıdır”.

Adil Kərimli qeyd edib ki, mədəni kimlik tarixən formalaşır və biz hər birimiz bununla fəxr etməli, onu bizdən kənar tutmağa çalışan, neqativlik yaradan qüvvələrlə bərabər mübarizə aparmalıyıq: “Çünki Azərbaycan mədəniyyəti təkcə nazirliyin, yaxud mədəni xadimlərin işi deyil, bu, ümumən bütün Azərbaycan cəmiyyətini əlaqədar edən anlayış və prosesdir”./APA

Xəbər 871 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +