Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


08.10.2025  22:45 

Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO





A+  A-

Bakı artıq təkcə bitməyən təmir işləri ilə yox, səhv yazılmış “üzür”ləri ilə də gündəmdədir. Küçələr qazılıb, yollar bağlanıb, amma sanki heç kim bu xaosa nəzarət etmir. Hər gün eyni mənzərə: səs-küylü texnika, toz, palçıq və saatlarla davam edən probkalar.

XəzərNews.az “Xəbərin Özü“nə istinadla xəbər verir ki, cəmi 20 metrlik bir yol hissəsinin düzəldilməsi iki aydır uzanır. İşin gedişi elə ləng aparılır ki, bəzən adama elə gəlir, bu qazıntının da sonu “üzür” kimi səhv yazılacaq.

Yolun kənarında yerləşdirilən lövhədə “üzr” əvəzinə “üzür” yazılıb — və bu, sanki vəziyyəti çox gözəl əks etdirir. Çünki nə yazıda düzgünlük var, nə də işdə səliqə. Əgər bir sözə bu qədər laqeyd yanaşılırsa, görün o yola necə yanaşılır.

Sakinlər haqlı olaraq narazıdırlar: günün istənilən saatında həmin hissədə tıxac yaranır, insanlar işə gecikir, sinirləri gərilir. Amma məsul qurumlar susur, sanki “üzür” yazmaqla məsuliyyəti də qurtarır.

Bakı bu cür “üzür”lərlə dolduqca, şəhər də, insanlar da yorulur. Bəlkə bir gün həm yazını, həm yolu düzəldərlər...




Xəbər 3378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +