“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


24.09.2024  10:32 

“Din radikalizmdən uzaqdır“- Foto





A+  A-

Şuşada "İdeoloji mübarizədə din amili: Mediadan gözləntilər" adlı seminar bu gün işini "Dini radikalizmlə mübarizə və media", "Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və metodları" mövzularında davam etdirir.

Xəzərnews.az xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirdi ki, dini radikalizm 21-ci əsrdə yeni bir mərhələyə qədəm qoyub: "Onlayn radikalizm inkişaf edir. Heç bir dövlət dini radikalizmdən sığortalanmayıb. Bu istiqamətdə inzibati tədbirlər lazımdır. Biz bu problemi media olaraq tənzimləməliyik. Radiakllaşma ilə əlaqəli bir neçə problem var. Müşahidələrimə əsasən deyə bilərəm ki, Yutube üzərindən fəalyyət göstərən kanallar var və sayları get-gedə artır.

Həmin kanallarda dini radikalizmlə bağlı çoxlu problemlər yer alıb. Dini radikallar fəalliyyətlərini daha çox ölkə xaricindən aparırlar. Ortaya çıxan qruplar haqqında ətraflı məlumat yoxdur. Əgər bu gün İŞİD adlı qruplaşma meydana çıxırsa və ətrafına milyonlarla insan toplayırsa, demək bu təbliğatla bağlı ciddi problemlər var. Cəmiyyətin məlumatlanması üçün dini jurnalistikada müəyyən problemlər mövcuddur. Həm din, həm də jurnalistika sahəsinin mütəxəssisləri maarifləndirmə ilə bağlı birlikdə fəallıq göstərməlidirlər. Bu diqqət xüsusən onlayn mediaya yönəldilməlidir"

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev "Dinlə radikalizmi birgə söyləməyə dilim gəlmir"-deyə qeyd etdi:

"Dinlər insan qırğınına səsləyə bilərmi? İslam nöqteyi-nəzərindən yanaşanda, xeyir. İnam böyük şeydir. Qarabağ uğrunda şəhid olan insanlarda böyük inam vardı. Valideynləri, böyükləri onlara bu inamı vermişdi. Dini bilən, Allah sevgisi ilə mayası yoğrulanlar bu torpağı azad etdilər. Din radikalizmdən uzaqdır. Əsil dini başa düşən səmimi və mehriban olmalı və bu əqidəni dərk etməlidir. Ölkəmizdə media azaddır. Dini sahəyə də toxunmaq, tənqid etmək lazımdır. Media nümayəndələri bəzi məqamlarda ehtiyatı gözləməlidirlər. Bəzən din adamlarına, ruhanilərə qarşı elə tənqid və hətta təhqirlər yağdırırlar ki, adam xəcalət çəkir. Bu mənada dini jurnalistikanın maarifləndirilməsi lazımdır. İnsan dini nə qədər gözəl bilsə o qədər iman sahibi və savadlı olar. İmanla elm vəhdətdə olmalıdır. Biz dünyəvi dövlətik, amma məktəbdə dini tədris edə bilmirik. Bu tədrisi versək onlar gələcəkdə radikal addımıar atmazlar".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov məsələyə hüquqi baxımdan yanaşdı:

"Media həm pandemiya, həm 44 günlük müharibə, həm antiterror əməliyyatkları zamanı çox aktiv fəaliyyət göstərdi. Amma bəzən medianın sualına vaxtında cavab verilməməsi fikirlərin kontekstdən çıxarılmasına, təhriflərə yol açır. Bu məsələdə dövlət orqanlarının böyük rolu var. Azərbaycan tolerant dövlət kimi multikultural ənənələrə hörmətlə yanaşır. Dini radikalizmə qarşı mübarizə həyata keçirilir. İnsanların inanclarından sui istifadə edilməsindən isrifadə edınlərə qarşı ciddi tədbirlər görülür. Polisin vəzifəsi dini kontingentin irəli sürdüyü məqsədlərin qarşısını almaqdan ibarətdir".

Z.Hüseynov bildirdi ki, dini radikalizmə qarşı mübarizədə əsas silah maarifləndirmədir:

"Sosial şəbəkələrə üz tutan gənclərin maariflənməsi üçün işlər görülməlidir. Dini radikalizmə və ekstremizmə qarşı mübarizəyə qarşı qabaqlayıcı tədbirlər görülür. Ölkədə müxtəlif dinlərə məxsus icmalar fəaliyyət göstərir. Onların dini etiqadları üçün hər cür şərait yaradılır. Həm ailədə, həm təhsil müəssisələrində bu istiqamətdə təlim-tərbiyənin həyata keçirilməsi məqsədəuyğun olardı".

Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin İnzibati və Hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev qeyd etdi ki, qanunvericilikdə
dini ekstremizimlə və radikalizmlə mübarizə ilə bağlı vasitələr terrorizmlə aparılan mübarizə vasitələri ilə eynidir. Burda həm də milli təhlükəsizlik məsələsi var.

Mübarizənin bu səviyyədə aparılmasına baxmayaraq mübarizə aparmaq çətinləşir. Bu baxımdan, maarifləndirmə olmalıdır. Çünki nəsil yetişir, onun qarşısını almaq da çətinləşir. Medianın bu mübarizədə rolu böyük olmalıdır".

Qeyd edək ki, seminar işini bu gün yekunlaşdırır. Tədbir iştirakçılarının Xankəndi şəhərinə, Qarabağ Universitetinə və Xocalıya da səfərləri nəzərdə tutulub.



XəzərNews.az

Xəbər 4540 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +