“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


05.08.2024  17:12 

Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı haqqında





A+  A-

Mənə elə gəlir ki, hər bir millətin mənəvi dəyərlərindən olan dastanlarla bağlı monoqrafiyalar təkcə ədəbiyyatşünasların, folklorşünasların, dilçilərin müzakirə mövzusu olmamalıdır. Bu, həm də, elmin digər sahələrinin mütəxəssislərini (o cümlədən də iqtisadçıları) da düşündürməyə bilməz. Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası da bu qəbildəndir.



Zaman-zaman “Kitabi-Dədə-Qorqud”la bağlı özümə verdiyim bir sıra cavabsız suallar olub. “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyasını oxuyarkən mən bu sualların bəzilərinə cavab tapa bildim. Ümumiyyətlə, düşünürəm ki, hər bir tədqiqat əsəri elmin qarşısında dayanmış müxtəlif sualların cavablarının axtarışına həsr olunur.

Məsələn, məni düşündürən məsələlərdən biri - “Necə olur ki, təxminən eyni əqli və mənəvi potensialın daşıyıcısı olan mağaradaşların ümumi arasından bir nəfər sıyrılıb çıxa bilir? Əvvəlcə Müəllimə, sonra isə Ozan və ya Müəllifə çevrilir?” sualı idi. Müəllif bu sualın cavabını açıqlaya bilir. Mağaradaşlarının Müəllimə olan ehtiyacı Dədə Qorqudun özü-özünü yetişdirməsinə səbəb olur. Əvvəlcə Müəllim, sonra isə Ozan və ya Müəllifə çevrilir. Ozan - klassik poetik dövrün məhsuludur. Müəllim - mifoloji dövrün atributudur.

Digər bir sual isə “Qarşı yatan Ala dağ” ifadəsidir. Mən hər dəfə bu ifadəni eşidəndə təəccüblənirdim. Nə üçün Dastanda “ucalmış” ifadəsi deyil, məhz “yatmış” ifadəsi işlədilmişdir. Müəllif “Qarşı yatan Ala Dağ” ifadəsinin bir neçə semantik layının olduğunu qeyd edir və izahlarını verir:

- “Dağın yatması” - semantik layın ən dərin qatı - qədim insanın dağın yatmasına inanması anlamındadır. Çünki qədim insanlar inanırdılar ki, onlara aid xüsusiyyətlər təbiətə də aiddir. Əgər o yatıb-dura bilirsə, dağ da eyni hala düşə bilər.

- “Dağın yatması” - dağın ucalması (nisbətən üst qat) anlamındadır. O zaman dilin kifayət qədər inkişaf etməməsi və ya “dil xəstəliyi” ilə əlaqəlidir. Yatan yerinə ucalan ifadəsi işlədilə bilərdi.

- “Dağın yatması” - ən üst qatda isə, bədi-ipoetikliyin zühurudur. “Hər hansı halda heç cür bədii-poetiklik əlaməti saya bilməyəcəyimiz məqam ilkin yarandığı an məhz bədii-poetikliyin işarəti idi”.

Mənim üçün cavabsız suallardan biri də, Banuçiçəklə Beyrəyin birləşməsinə Mifin mane olmasıdır. Bildiyimiz kimi, onların görüş səhnəsində aralarında bir dialoq keçir.

Banuçiçək soruşur:
- “Ya nə məsləhətə, nəyə gəldin, yiğit? - dedi.

Beyrək:
- Baybecan bəyin bir qızı varmış, onu görməyə gəldim, -dedi.

Banuçiçək:
- Ol qız elə adam deyildir ki, sənə görünə - deyir”.


Bu dialoq oxucunu düşündürməyə bilmir. Necə olur ki, Banuçiçək “Ol qız elə adam deyildir ki, sənə görünə” deyir. Müəllif monoqrafiyada oxucuda yaranan bu sualı cavablayır: “Banuçiçək bu epizodda özünü Beyrək önündə, bəlkə də Mif önündə Mifin qadağalarına riyaət edən, itaətkar bir cəmiyyət üzvü kimi təqdim etmək istəyir “. “Ol qız elə adam deyildir ki, sənə görünə” deyimindəki “Adam” - Mif, onu deyib Beyrəklə yarışan qız isə - Reallqdır. Yəni burada Miflə reallığın mübarizəsindən söhbət gedir.

Ancaq mənim üçün cavabsız olan suallar hələ də qalmaqdadır. Adətən dastanlardakı boyların, nağılların sonu xoşluqla bitir. “Kitabi-Dədə Qorqud”da isə Banuçiçəklə Beyrəyin birləşməsinə Mif tərəfindən real maneə törədilir. Beyrəyin ölümü Mifin reallığa qalib gəlməsidir. “Niyə? Niyə? Niyə?” Haqlı olaraq müəllif də bu sualları verir. Düşünürəm ki, bu və buna bənzər suallara cavabların tapılması istiqamətində tədqiqatlar davam etdirilməlidir. Mən bu işdə hörmətli Kamal müəllimə və onun davamçılarına uğur arzu edirəm.

Rəsmiyyə Sabir


Xəbər 4449 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +