“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi
ABŞ Ukraynaya silah satışını dayandırır
H5N5 quş qripi virusuna yoluxan xəstə öldü
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bakıda ana yeni doğulan uşağını dənizə atıb
Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO


27.04.2023  15:32 

Polis narkotika ilə tutmuşdu, məhkəmə bəraət verdi





A+  A-

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Əkbər İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, ona qarşı irəli sürülmüş ittiham əsassızdır.

Məhkəmə Əkbər İsayevə bəraət verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, İsayev Əkbər Ağamusa oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla həbs olunub. Baxış zamanı ondan satış məqsədilə saxlanılan narkotik aşkar olunduğu iddia olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib./APA

Xəbər 2640 dəfə oxunub.




25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +