“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


17.01.2020  19:36 

Elton Məmmədova AMEA-da yeni vəzifə verildi





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib.
XəzərNews.az AMEA-nın saytına istinadən xəbər verir ki, texnika elmləri doktoru, professor Elton Məmmədov bu gün AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov çıxışında professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirib və onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib, alimə yeni işində uğurlar arzulayıb.

Sonda İşlər idarəsinin müdiri Elton Məmmədov ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Xəbər 3345 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +