“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


07.03.2019  16:08 

Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirilib





A+  A-

Horadiz şəhəri Muğam Mərkəzində 8 Mart Qadınlar Günü münasibəti tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, qadınları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib.
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunurlar.
Alı Alıyev qeyd edib ki, respublikamızda qadınlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Tədbirdə çıxış edənlər respublikamızda və Füzuli rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Tədbirdə qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunmuşdur. Sonda Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşa və incəsənət ustalarının ifasında bayram konserti təşkil olunub.










Xəbər 3106 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +