“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.08.2023  16:31 

“Qubad Ibadoğlunun FETÖ ilə bağlı olduğuna inanmıram“





A+  A-

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.

Məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunub və istintaqa təhvil verilib.

XəzərNews.az xəbər verir ki, məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu sherg.az-a bildirib ki, məhkəmə prosesinin sonunu gözləmək lazımdır:

“Hesab edirəm ki, bu işi çox da şişirtmək lazım deyildi. Yəni daxildə həll etmək olardı. Ümumiyyətlə Qubad Ibadoğlunun FETÖ ilə bağlı olduğuna inanmıram. Çünki o suyu belə üfürə-üfürə içir. Amma Türkiyənin bu işə qarışması bəzi suallar yaradır. İndi gözləyək, görək, sonu necə olacaq”.

N.Cəfəroğlu əlavə edib ki, Q. İbadoğlunu ev dustağı edib, tədqiqatı aparmaq olar:

“Qubad ibadoğlu dünyada tanınmış iqtisadiyyatçıdır. Onu ABŞ tanıyır və İngiltərənin məşhur universitetində dərs deyir. Yəni elə şeylər var ki, güzəştə getmək olar. Ən azından Qubad ibadoğlunu ev dustağı edib, tədqiqatı aparmaq olar. Ona görə ki, xəstə adamdır. Ümumiyyətlə onun FETÖ ilə əlaqə quracağını düşünmürəm. Çünki FETÖ ilə işləyən “qurd ürəyi yeməlidir”. Qubad isə qorxaq adamdır. Yenə də məhkəmənin sonunu gözləmək lazımdır”.

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

İstanbul şəhərində yaşayan Fazil Qasımov isə Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Xəbər 1272 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +