“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


23.04.2021  12:25 

Zahid Oruc dövlət qurumlarını TƏNQİD ETDİ





A+  A-

““Azəriqaz” ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar edərək, minlərlə insanın qarşısında ən sərt suallara cavab verir, videoqəbullar keçirir, göstərişlərini açıq kanallarla edir. Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına Hökumətimiz tam tərkidə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər".
XəzərNews.az xəbər verir ki, bunu parlametin iclasında deputat Zahid Oruc bildirib.

Deputat təəssüflə qeyd edib ki, bütün hakimiyyət institutlarının davranışları belə deyil:

"Baxın, 2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı lə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?
Müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir".

Zahid Orucun sözlərinə görə, müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur:

"Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Bəs onda hardadır ənənəvi partiya konfransları, hardadır aktivlərlə açıq virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial probelmlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də, təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl “səlib yürüşü” gedir.Ona görə də hamımız qəbul etməliyik - hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!".

Xəbər 2874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +