“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


17.01.2018  13:19 

Nazir “Formula-1”-lə bağlı tapşırıq verdi





A+  A-

Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan naziryanı əməliyyat müşavirəsi keçirilib.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin 2017-ci ildə əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, dövlət başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Nazir Daxili Qoşunların ölkədə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Qeyd olunub ki, görülmüş işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. Daxili Qoşunlar komandanı ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, maddi-tədris bazasının inkişaf etdirilməsinin, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara yüksək peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib. O deyib ki, hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.

Nazir bu yubileylər ilində baş tutacaq mühüm dövlət tədbirləri və “2018 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışı ilə əlaqədar, Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda keçirilməsinin, bu zaman qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarınınn layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.

Ramil Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinin, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarını tələb edib.

Nazir Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklər.

Xəbər 1099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +