“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.07.2017  11:46 

“Sergey Şoyqu mənə zəng etdi, “bu işi dayandır” dedi”





A+  A-

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov RİA Novosti agentliyinə müsahibə verib. Qeyd edək ki, bu, Həsənovun nazir postunda xarici mətbuata verdiyi ilk geniş müsahibəsidir.
Son günlər təmas xəttində baş verən insidentə diqqət çəkən nazir ermənilən dinc sakinləri qəsdən vurduqlarını bildirib:

“İnsidentdən bir neçə gün öncə rayonda ermənilərin kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı qeydə alınıb. Onlar gördülər ki, bura dinc sakinlərin yaşadığı adi kənddir, lakin iki gün sonra ora zərbə endirdilər. Bu, cinayətdir!”

Daha sonra nazir iki ölkə arasında 2016-cı ilin aprelində yaşanan ən böyük qarşıdurmaya diqqət çəkib və bildirib ki, həmin insidentə də mülki əhalinin atəşə tutulması səbəb olub:

“Aprelin 1-i erməni ordusunun artilleriya hücumu zamanı Tərtərdə bir ailə elə maşındaca ölüb. Əlbəttə, mənə bu barədə məlumat verdilər. Bu, təxminən saat 10-11 arasında olub. Onların atəş nöqtələri hündürlükdə olduğuna görə, bütün kəndi müşahidə edə bilirdilər. Mən göstəriş verdim ki, bununla əlaqədar tədbir görülsün. Və bu irimiqyaslı müharibəyə başlamaq məqsədi güdmürdü.

Bu əməliyyata bizim ordunun haradasa 15-20 faizi cəlb edilmişdi. Mən hətta ehtiyatları və mərkəzə tabe olan artilleriyanı cəbhəyə göndərmədim. Ordu bu tapşırığı yerinə yetirdi-erməni ordusunu yaşayış məntəqələrindən uzaqlaşdırdı. Ermənistan buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb.

Üç gün onlar bizim mövqelərimizi atəşə tutdular. Hərçənd, artıq 2-ci gün Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə cəlb etdilər.

Məsələn, mənə Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng etmişdi. O, dedi ki, “bu işi” dayandırmaq lazımdır, dövlət başçıları bu barədə danışacaqlar.

Həmçinin, RF-nin Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş Qərargah rəisinə zəng etmişdi.

Sonra məlum oldu ki, erməni tərəfi vaxt udmaq istəyirdi. Onlar yenidən qruplaşmaq və zərbə vurmağı planlaşdırıblar. Ancaq bu onlarda alınmadı. Prinsipcə, biz qarşımıza qoyduğumuz tapşırığı yerinə yetirdik- strateji əhəmiyyətli iki yüksəkliyi azad etdik. Onlar cəbhədə böyük taktiki əhəmiyyətə malikdir Bu, Cəbrayıl istiqamətində olan Lələtəpə və Talış yüksəkliyidir”.

-Zamanında Ermənistana “İsgəndər” raket komplekslərinin yerləşdirilməsi böyük səs-küyə səbəb olmuşdu. Rəsmi Bakı Moskvaya bu cür komplekslərin və ya müvafiq raketəleyhinə silahların alınması üçün müraciət edibmi?

- Düşünürəm ki, Azərbaycanın bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edib-etməməsi haqda danışmağa lüzum yoxdur. Mən müdafiə naziri kimi bəyan edirəm ki, bizdə həmin raketləri vuracaq sistemlər var. Bizdə olan raketlər sayca 50 dəfə çoxdur. Mən dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar raketləri tətbiq edərlərsə, infrastruktur və hərbi obyektlərinə endirəcəyimiz zərbələri təsəvvür edin.

Bəli, “İsgəndər” yaxşı raketdir. Lakin bir neçə məsələ var. Bu, həmin raketlərin hansı növüdür, hansı texniki vəziyyətdədirlər, onu kim idarə edir və nəhayət, onlar bunu tətbiq etmək iqtidarında olacaqlarmı?

Düzdür, sizə dediyim raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətcə ondan pis deyil. Sizə deyim ki, vəziyyəti modelləşdirmişik, hərbi atışlar həyata keçirmişik, nəticə əladır.

(qafqazinfo.az)

Xəbər 1039 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +