“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


24.03.2024  19:09 

Azərbaycanda İnstagram, Tiktok, Fezbooka giriş məhdudlaşdırıla bilər - Şok açıqlama





A+  A-

Bir neçə müddətdir ki, TikTok sosial platforması ilə bağlı müzakirələr aparılır. Təkliflər var ki, bu virtual məkana giriş etmək ancaq şəxsiyyət vəsiqəsi və real məlumatlar əsasında mümkün olsun. Maraqlıdır, bəs bu yenilik bütün sosial şəbəkələrə tətbiq edilə bilər?

Xəzərnews.az xəbər verir ki,səsləndirilən iddiaların hüquqi tərəfi ilə bağlı “Yeni Sabah”a açıqlama verən hüquqşünas Tağı Hüseynov bunun tam doğru qərar ola biləcəyini vurğulayıb:

“TikTok və digər sosial şəbəkələr Azərbaycanda məhdudlaşdırılarsa, ancaq şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək mümkün ola bilər. Bunun tam hüquqi əsası var. Çünki əgər orada cəmiyyət üçün açıq-aşkar təhqiramiz fikirlər səslənirsə, yaxud azyaşlıların hüquqlarının pozulması ilə bağlı nələrsə nümayiş etdirilirsə və digər zərərli amillər aşkarlanarsa, təbii ki, bu məhdudiyyət tətbiq edilə bilər. Sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə giriş etmək daha uyğun üsuldur”.

Ekspert bu addımın təhlükəsizlik üçün təminat olduğunu da bildirib:

“Sosial platformada şantaj, təhqir və təhdid halları çoxalıb. Bu kimi halların aşkara çıxarılması ilə bağlı insanlar çox çətinliklərlə üzləşirlər. Belə bir hadisə yaşandıqda, gərək hüquq-mühafizə orqanlarına müraciət edilsin. Həmin profillərin sahibini tapmaq üçün İT mütəxəssisi də lazımdır. Elə dələduzlar da var ki, çox ustalıqla bu əməlləri həyata keçirir və onları aşkara çıxarmaq çətinləşir. Bütün bu sadalanan halların aradan qaldırılması üçün şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə girişin reallaşması düşünürəm ki, ən uyğun variantdır. Bu həm də təhlükəsizliyimizin təminatı olar”.

Xəbər 1201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +