Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


13.09.2023  18:09 

“Çingiz Abdullayev Azərbaycan üçün hər hansı böyük iş görməyib“





A+  A-

Xalq yazıçısı Çingiz Abdullayev bir müddətdir ki, gündəmdən düşmür. Yazarın istər şifahi, istərsə də yazılı çıxışlarında Azərbaycan dilinin normalarına əməl etməməsi onu tez-tez tənqid hədəfinə çevirir. Bəzən kobud sayıla biləcək sözləri onu təkrar-təkrar müzakirələrin mərkəzinə çəkməkdə davam edir.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan qocaman yazıçı Əkrəm Əylisli bildirib ki, Ç.Abdullayevə qarşı olan hücumlar təkcə Azərbaycan dilində səlis danışa bilmədiyinə görə deyil:

"Rus dilində yazan yazıçıların bir qismi - Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Hüseynov daim Azərbaycanla nəfəs alan və Azərbaycan mövzusunu işləyən adamlar olublar. Bu cür yazıçılar rus dilində yazsalar da, mənim üçün məqbul sayılırlar. Amma Azərbaycan təfəkkürü ilə düşünmədən, Azərbaycan ruhunu bilmədən hansı dildə yazırsan yaz, o, Azərbaycan əsəri olmayacaq, həmin əsər ölkə üçün heç bir mənəvi, bədii dəyər olmayacaq.

Çingiz Abdullayevin Azərbaycan dilində danışa bilməməsi haqda çox müzakirələr gedib. Məsələ burasındadır ki, Çingiz deyir mən Bakı ləhcəsində danışıram. Guya ki, onun ləhcəsini ələ salırlar. Amma söhbət ondadır ki, Çingiz Abdullayev Bakı ləhcəsində danışmır. Bakı ləhcəsi elə olmur. Bizim bu ləhcədə danışan bir sıra yazarlarımız olub, məsələn, Qabildə bu hiss olunurdu, çünki köklü bakılı idi.

Amma heç bir Azərbaycan yazıçısının, xüsusilə Xalq yazıçısının hər hansı ləhcədə danışmağa haqqı yoxdur! Əgər hər kəs öz ləhcəsində danışsaydı, Azərbaycan dili məhv olub gedərdi. Çingiz Abdullayevin qınanması buna görə deyil. Bunu müxalifət deyir, amma biz deməyə çəkinirik. Müxalifət deyir ki, millətin yazıçıdan vətəndaş mövqeyi tələb etməyə haqqı var. Çingizə qarşı hücumlar da məhz buna görədir, çünki vətəndaş mövqeyi nümayiş etdirmir.

Bəziləri deyir ki, Moskvanın "60 dəqiqə" proqramında çox parlaq nitq söyləyib. Bu, kökündən yalandır! Çingizin oradakı nitqi mənə görə çox gülünc idi. O proqramda Abdullayev heç nəyə məntiqi, siyasi təfəkkürlə cavab vermirdi, Azərbaycan üçün hər hansı böyük iş görməyib. Bunlar hamısı uydurmadır!"

Onun sözlərinə görə, Xalq yazıçısı adını daşıyan hər kəs ana dilini mütləq bilməlidir:

"Ola bilər, kimsə Azərbaycan dilində danışmaqda bir az çətinlik çəkər, amma nəzərə alaq ki, Çingiz Hüseynov 70 ilə yaxın Azərbaycanda yaşamamasına baxmayaraq, ana dilini elə gözəl bilir, elə səlis danışır, yazır ki, adamda qürur doğurur. Deməli, bu adam dünyanın harasında olursa, olsun, ana dilindən uzaqlaşmayıb. Çünki insan dilə də yaddaşla bağlıdır və bu yaddaşda Azərbaycanın ruhu yaşamalıdır.

Bəzən Çingiz Aytmatov haqqında danışanda da, onu Çingiz Abdullayevlə müqayisə edirlər, deyirlər ki, qırğızdır, amma rus dilində yazırdı. Amma Çingiz Aytmatov qırğız dilində aksentlə danışmırdı, bundan əlavə, o, xalis qırğız mövzusunda yazırdı. O adam varlığı etibarilə başdan-ayağa qırğız idi. Onun əsərlərini mən tərcümə etmişəm, hər şey qırğız ruhunda yazılmışdı.

Çingiz Abdullayevin əsərlərininsə milli mənsubiyyəti yoxdur. Milli mənsubiyyəti olmayan yazıçının Xalq yazıçısı olması mənə görə gülünc və aşağılayıcıdır. Mən istəməzdim ki, hansısa yazıçını sosial şəbəkələrdə hədəfə alıb tənqid etsinlər, lakin bu söhbətin ortaya çıxmağı lazımlıdır. Çünki Xalq yazıçısı kimi fəxri adı ucuzlaşdırmaq, bu səviyyəyə gətirmək olmaz. Xalq yazıçısı hökmən bu xalqın ruhunun ifadəçisi olmağı bacarmalıdır".


Xəbər 1980 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +