Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


18.11.2021  13:23 

“Parlamentində evi olmayan 12 deputat var”





A+  A-

“Bəzi millət vəkillərinin evi yoxdur, onlara 220 manat kirayə haqqı verilir, onlara verilən kirayə haqqı artırılsın”.

Ötən gün Milli Məclisin parlament iclasında büdcənin müzakirəsi zamanı Razi Nurullayevin millət vəkillərinin kirayə pulu ilə bağlı təklifi kəskin tənqid olunub.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Razi Nurullayev bildirib ki, toxunduğu problem çoxdan müzakirədə imiş:

“Əslində, mənim o təklifi vermək fikrim olmayıb. Gördüm heç kim bu problemi demir, mən dedim. Parlamentin büdcəsi müzakirə olunduğuna görə bu təklifi verdim. Deyilmirdi ki, kənardan bura pul qoyulsun. Söhbət sadəcə parlamentin büdcəsindən gedir və büdcə də yerindədir. Düzdür, qəbul edirəm ki, bu təklifi başqa tərzdə deyə bilərdim. Lakin məqsədim bu idi ki, qoy cəmiyyət də bilsin, elə hamı deyildiyi kimi yağ-bal içində yaşamır, evi olmayan deputatlar da var. Deputatın elində-obasında evi ola bilər, amma şəhərdə kirayə qalanlar var”.

Deputat qeyd edib ki, bu təklifinə görə onu tənqid, təhqir edənlərin arxasında bəzi siyasi qurumlar dayanır:

“Bir çoxlarının profilinə baxanda hamısının arxasından bir siyasi partiya: ya Ümid, ya Real, ya Əli Kərimli, ya da Müsavat partiyası çıxır. Bu məsələni də onların üzvləri qızışdırırlar. Özləri yetərincə maaş alırlar, heç olmasa bir şəhid ailəsinə kömək etsinlər. Sadəcə fitnəkarlıq və dələduzluqla məşğuldurlar. Onların cismi-cəsədi heç bir qəpiyə dəyməz. Onlar xalqın adından danışa bilməzlər.
Mən deputat olduğum müddətdə günüm seçicilərin və şəhid ailələrinin yanında keçib. Onların həyatı boyu heç özlərinə edə bilmədiklərinin min misli qədər mən seçicilərim və şəhid ailələri üçün etmişəm.
Hər dəfə tənqid edirlər ki, deputat nə iş görüb, deputatın hər şeyi var. Amma Azərbaycan parlamentində evi olmayan 12 deputat var. Kirayə haqqı olaraq onlara 220 manat pul verilir”.

Onun sözlərinə görə, Milli Məclisdə kasıb deputatlar da var:

“Fitnəkarlar yazırlar ki, guya deputatların malı-mülkü dünyaya sığmır, MMC-lərinin sayı yoxdur, qazanclarını da toyuq dəni kimi istifadə edirlər. Amma yalan danışırlar. Görün, orada nə qədər kasıb deputatlar var. Bu tərzdə deyib onları hədəfə almaq doğru deyil. Çox təəssüf ki, cəmiyyətin gözündə deputat bir milyarderdir. Amma mətbuat, cəmiyyət də gördü ki, bu heç də elə deyil. Bu gün bizim tələbimiz yoxdur ki, bu mütləq olsun. Hətta mən görməmişəm ki, bir deputat əməkhaqqı artırılması tələbini ortaya qoysun. Bunu heç bir deputat etməyib və etməyəcək”.

Xəbər 3359 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +