Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur - Putin
Prokuror Tofiq Yaqubluya cəza istədi: 10 il
“Talassemiya işi”nə görə məhkəməyə çağırılacaqlar
99-AF-009 nömrəli “Rolls Royce“ hərraca çıxarıldı
Bu yol əsaslı təmir olunacaq - Sərəncam
Rusiya Xersonda ambulansı vurdu
Məşhur müğənni 25 milyonluq evini satır
AFFA-nın bu qərarı ədalətlidir?
Zelenski: Əhalinin 57%-i məni dəstəkləyir
“Qazaxlı Alik“in oğluna hökm oxundu


24.04.2017  16:59 

Xəzərdə təhlükəli vəziyyət: 200-dən çox neftçi təxliyə olunub





A+  A-

Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.
Azneft”dən XəzərNews.az-a verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər vaxt-yaşayış məntəqəsinə təxliyə olunacaq.

Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Xəbər 1341 dəfə oxunub.



19.02.2025  17:39 

Millimiz Qazaxıstana qalib gəldi

19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı

19.02.2025  17:22 

Rusiya Xersonda ambulansı vurdu

19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?

19.02.2025  16:43 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +