Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


13.04.2017  23:57 

Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər





A+  A-

Müntəməz qaçışla məşğul olan insanlarda vaxtından əvvəl ölüm halları 40% az olur.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ayova Universitetinin ekspertlərinin apardıqları araşdırmalar deyir. Onların fikrincə, qaçış ömrü 3 il uzada bilər.

Araşdırma iştirakçılarının bir qismi həftədə 2 saat qaçırdılar. Müəyyən olunmuşdu ki, bütün araşdırma iştirakçıları qaçışla məşğul olsaydı, onların istənilən səbəbdən ölüm riski 16%, ürək tutmasından ölmə ehtimalı isə 25% azalmış olurdu.

Digər fiziki aktiv hərəkətlər də insana müsbət təsir göstərir. Belə ki, velosiped sürmək ölüm ehtimalını 12% azaldır.

Həftədə 4 saat qaçan iştirakçılarda isə ömür davamlılığı daha çox idi. Alimlər qaçışın insan ömrünü nə üçün uzatdığını tam aydınlaşdıra bilməsələr də, ehtimal kimi onun hipertoniya və piylənmənin qarşısını effektiv aldığını düşünürlər.

Xəbər 2357 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +