Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.09.2024  09:48 

İranın Ermənistanın daxili işlərinə qarışması və ABŞ





A+  A-

Zəngəzur koridoru mövzusunun aktivləşməsi Rusiyanın sərt mövqeyini ortalığa qoydu. ABŞ İranı Zəngəzurdan (Sünük), Ermənistandan tədricən sıxışdırmaq kursunu aparırdı. Rusiya İrana çox sərt mövqe bildirdi və İran Rusiyanın mövqeyini qəbul etdi. Qəbul etməsəydi proseslər hətta dinc müstəvidə də İran üçün ağır başa gələ bilərdi. Çünki İran 2018-ci ildə Aktauda Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış müqaviləni ratifikasiya etməyib. Bu İranın dövlət olaraq yalanla məşğul olduğunu göstərir. İran AES tikintisində Rusiya ilə başladığı danışığı nəinki dayandırdı, hətta Rusiya tipli AES tikintisindən imtina etdi. AES tikintisi ilə bağlı ABŞ-ın konsepsiyasını seçdi. ABŞ İranla uranın zənginləşdirilməməsi danışıqlarını aparmağı Rusiyadan xahiş etdi. İran Rusiyanı rədd etdi, sonra təkbaşına nüvəni zənginləşdirməsi prosesini dayandırdığını bəyan etdi. Bu da ABŞ-ın marağında idi. Əlbəttə, neft, qaz və digər müqavilələrdə də İranın Rusiyanı aşağılayaraq aldatması da göz qabağındadır.

Zəngəzur koridoru mövzusu aktivləşən dövrdə Rusiyanın qətiyyətli mövqeyi də ABŞ-ın diqqətini çəkdi. İran-Ermənistan sərhədindən Rusiya qoşunlarının çıxarılmasını gündəliyə daxil etdi. ABŞ-ın Ermənistandan İranla sərhəddən Rusiya qoşunlarını çıxarmaq tələbini irəli sürməsi barədə ilk olaraq məlumatı politoloq Suren Surenyants yaydı. S.Surenyants amerikaşünasdır. ABŞ-dakı erməni diasporu və ABŞ-ın Ermənistan siyasətini müəyyənləşdirən rəsmiləri ilə əlaqələrə malikdir. Ağ Ev, Dövlət Departamentinin Ermənistan üzrə siyasi mətbəxinin qoxusunu hiss edə bilir. Zəngəzur koridorunun İran tərəfindən süni olaraq aktivləşdiyi dövrdə belə bir ideyanın ortalığa çıxması İran üçün faciəvi ola bilər. Əgər Rusiya qoşunlarının İranla sərhəddən çıxması kəskinləşərsə, o zaman Rusiya və ABŞ bu mövzuda birbaşa dialoqa gedə bilərlər. Ümumilikdə İranın vəziyyəti üzrə iki ölkənin dialoquna səbəb ola bilər. Bu da sonda İran üzrə ABŞ və Rusiyanın vahid qərar qəbul etməsinə gətirib çıxara bilər. İran üçün çox faciəvi ola bilər. Qəzza və Ukrayna müharibələrinin də dayanması məhz ABŞ-la Rusiya arasında İran mövzusunda həllini tapa bilər. Yəni indiki gücdə olan İran ortalıqda “qurbanlıq qoyun” ola bilər.

Rusiya belə şəraitdə SSRİ-nin varisi olaraq Zəngəzur mahalının Azərbaycana qaytarılmasına qərar verə bilər.

İranın Ermənistan üzrə siyasətinin koordinatoru kimi görünən, bu mövzuda hansısa cəmiyyətin sədri olan Puyya Hüseyni aşkar şəkildə İranın sərt mövqeyini təkrarlayır. Zəngəzur koridorunda ən aktiv olan parlamentin beynəlxalq əlaqələr komissiyasının 5-6 üzvü idi. O komissiyanın üzvlərindən biri də komissiya üzvləri adından Zəngəzur mövzusunda verilən bəyanatların hamısını sıfırladı.

P.Hüseynin sonuncu bəyanatı o deməkdir ki, onun Ali dini liderin ofisinin cari siyasətindən xəbəri yoxdur. Görünür, SEPAH-a daha çox meyllidir. SEPAH-ın Ermənistan üzrə kuratorudur, bəlkə də news.am saytının rəsmi əməkdaşıdır. Köhnə klişe üzrə işləyir.

İran ilk növbədə Ermənistan üzrə siyasətini təhlil etməlidir. Hazırda Tehranın Ermənistanın İran üzrə siyasətini sabitləşdirmək imkanı zəifdir. Çünki həm Ermənistan, həm də ABŞ-ın əlində anti-İran məlumatlar var. SEPAH rəhbərliyi və İranın digər yüksək çinli məmurlarının ailə üzvlərinin ABŞ, Kanadaya köçürülməsinin böyük əksəriyyəti Ermənistanda həll olunur. SEPAH-ın üzvləri Tehrandan saxta pasportla Ermənistana gələ bilərlər. SEPAH-ın ailə üzvləri və digər rəsmilərinin yaxınları Ermənistanda sənədlərini saxtalaşdıra bilərlər. Ermənistanda xarici pasportu sənədləşdirmək üzrə böyük sindikat var. Üç dəfə bu mövzunun üstü açılıb, amma yenə də həmin prosesin davam etdiyinin əlamətləri görünür. Bəlkə də bunlar ABŞ-ın nəzarəti altındadır.

BMT TŞ-də İran mövzunun müzakirə olunması çox ehtimal olunur. İranın Ermənistandakı səfirinin bəyanatları, P.Hüseyninin açıqlamaları Ermənistanın daxili işlərinə qarışmaq kateqoriyasında dəyərləndirilə bilər. ABŞ rəsmi Yerevana belə göstəriş verə bilər ki, İran sənin daxili işlərinə qarışıb, bunları sənədləşdir, mövzunu BMT TŞ-nin qarşısında qaldır. Səbəb də çox sadədir. İndiki dövrdə oradan başlanan yol İranın daxilindəki ermənilərlə Ermənistan ermənilərinin birləşməsinə şərait yarada bilən hərbi əməliyyatlara gətirib çıxara bilər. “Şərqi Ermənistan” rəsmiləşib. İran mətbuatı sübut edib ki, İranın şimalında, xüsusilə Ermənistanla sərhəddə xeyli ermənilər yaşayır və qədimdən qalma dini adət-ənənələrini davam etdirirlər. Bu barədə İran mətbuatı xeyli material yayıb.

ABŞ Ermənistanı BMT TŞ-yə müraciətə vadar edir. İlkin başlanğıc İran Ermənistanın suverenliyinə qarışır. Sonra isə Rusiyanı bu prosesə qoşur. Ola bilər mövzu böyüsün, Ukrayna və Qəzza müharibələrinin dayandırılmasına doğru hərəkət etsin, birbaşa İran-Ermənistan istiqamətində saxlasın. İranın Rusiyaya indiki münasibəti dövründə Rusiyanın BMT TŞ-də İranı müdafiə edəcəyi ciddi şübhə altındadır. Çünki İran aşkar şəkildə Rusiyadan aralanmaq və ona qarşı düşmənçilik aparmaq kursunu götürüb.

Mübariz Əhmədoğlu
Politoloq


Xəbər 5808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +