Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO


28.04.2023  15:17 

Anar Əsədli niyə həbsdə saxlanıldı? – YENİ DETALLAR





A+  A-

"Anar Əsədli Ramazan Bayramının ilk günü, tələm-tələsik həbs edildi".

XəzərNews.az xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanının Beynəlxalq məsələlər üzrə müavini, tibb üzrə fəlsəfə doktoru, ictimai xadim Vasif İsmayıl Anar Əsədlinin məhkəmə prosesindən danışarkən deyib.

O bildirib ki, dünən Apellyasiya şikayəti verilib:

"Lakin Apellyasiya şikayətimizi təmin etmədi və Anar Əsədlini həbsdə saxladı.

Həmçinin belə bir sual yaranır ki,Anar Əsədli bu qədər təcili həbs edilmə ehtiyacı yaranan hansı böyük cinayəti törədib? Çünki bu işlə tanış olan tanınmış hüquqşünaslar birmənalı şəkildə burada heç bir cinayət tərkibinin olmadığını söyləyiblər. Mən də iddia edirəm ki, Anar Əsədlinin üstünə yıxılan şikayətlərin heç birində cinayət tərkibi yoxdur. Əsas şikayətçi olduğu bildirilən şəxsin televiziyada verdiyi müsahibəni, bir hüquqşünas dinləsə, burada heç bir cinayətin olmadığını açıq şəkildə görə bilər. Əgər bu işdə cinayət yoxdursa, deməli bu həbs birmənalı şəkildə siyasi qərardır".

Qeyd edək ki Aprelin iyirmi birində Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O dələduzluqda təqsirləndirilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir. Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.


Xəbər 2815 dəfə oxunub.




12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +