“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


26.06.2024  11:59 

Papağımızı yerə soxmaq istəyirdilər, başlarını unitaza soxduq...





A+  A-

Paşinyanın Şuşada "Yallı" getməyi yadınızdadır?

Kimin yadından çıxar?!

Vallah, "Yadullanın müsibəti" belə olmamışdı...


Amma axırı yaxşı oldu. Şuşada içdiyi fransız çaxırını Paşinyanın və arvadının burnundan gətirdilər. Anna Şuşanı, Xocalını, Xankəndini indi ancaq AzTV-də görür. Bir də yuxusunda...

Qarabağa Xarı bülbül aparmağa gəlmişdilər, igid əsgərlərimiz qoltuqlarına unitaz verib yola saldılar... Klinikalar

Bu gün onların bayramıdır. Qarabağı bizə qaytaran qəhrəman ordumuzun bayramıdır.

Bu gün xalqımızın bayramıdır. Bu bayramdan hamıya pay düşür...

Çoxdanıncı, daha dəqiq desək, 90-cı illərin axırı idi. Müsahibə üçün Bakı kəndlərindən birinə getmişdim. Qayıdanda kədərli mənzərənin şahidi oldum: Avtobus yerindən tərpənəndə bir nəfər əli ilə orta qapını tıqqıldatdı. Sürücü güzgüyə ani nəzər yetirib sürəti artırdı. Arvadlardan biri "a bala, gələn var* deyib haray-həşir salanda, oğlanın reaksiyası belə oldu: "Əşşi, əsgərdir də... Pul verməyəcək..."

Avtobusdakı sərnişinlərdən biri dodağının altında mızıldandı, üç-dörd nəfər güldü, qalanları isə özlərini karlığa və lallığa qoydular...

Çox daşınıb-düşünəndən sonra bu münasibətin səbəbini özüm üçün müəyyənləşdirə bildim: Dünyanın heç bir ölkəsində məğlub ordunun hörməti olmur...

Mən özüm də hərbi xidmətdə olanda tez-tez oxşar münasibətlə qarşılaşırdım. Ayağımızı hərbi hissədən kənara qoyan kimi kənd sakinlərinin qəzəbli baxışlarına tuş gəlirdik. Onlar iri çomaqlarını başlarının üstündə fırlayıb belə deyirdilər: "Bağa, bostana yaxın gəlsəniz, ayağınızı qırarıq".

44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı məğlub ordunu QALİB ORDUya çevirdi. İgid balalarımız papağımızı yerə soxmaq istəyənlərin başlarını unitaz soxdular. O səhnə hələ də gözümün qabağındadır: Ermənilər tankı qoyub unitazı aparırdılar...

Vətən müharibəsinin 18 yaşlı şəhidi Xəyyam Məmmədovun məktubudur. Şəhadətə yüksəldiyi sonuncu döyüşdən bir neçə gün əvvəl yazıb: “Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Sən şəhid anasısan, dik dayan!”.

Bayramın mübarək şəhid anası!

Bayramın mübarək şəhid atası!

Əlinin arxası ilə gözünün yaşını sil. Bu gün sevinməyə ən çox sənin haqqın çatır...

Seymur VERDİZADƏ

Xəbər 11512 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +