Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


21.07.2020  11:09 

Məşhur mafiya qruplaşmasının 75 üzvü həbs olundu





A+  A-

İtaliyanın maliyyə qvardiyası və İsveçrə polisi tərəfindən həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində İtaliyanın nüfuzlu "Ndrangeta" mafiya qruplaşmasının 75 üzvü həbs olunub.
XəzərNews.az xəbər verir ki, İtaliyanın cənubundakı Katansaro əyalətinin maliyyə qvardiyasının nümayəndələrinin jurnalistlərə verdiyi məlumata görə, ümumilikdə 158 nəfər istintaqa cəlb olunub. Həbs olunanlar mafiya fəaliyyətində iştirak, beynəlxalq narkotik ticarəti, çirkli pulların yuyulması, korrupsiya və digər ağır cinayətlərdə ittiham olunurlar.

İtaliya tərəfdən 700-ə yaxın maliyyə qvardiyası üzvünün qatıldığı əməliyyat nəticəsində, cinayətkar qruplaşmaya məxsus, ümumi dəyəri 169 milyon avro olan əmlak müsadirə edilib.

"Ndrangeta"ya qarşı keçirilən son əməliyyatın İtaliya və İsveçrə hüquq-mühafizə orqanları tərəfindən təşkil olunan birgə istintaqın nəticəsi olduğu bildirilib.

Qeyd edək ki, "Ndrangeta" nın Siciliyanın "Koza Nostra" mafiya qruplaşması qədər məşhur olmasa da, dünyanın ən güclü cinayətkar təşkilatlarından sayılır. "Eurispes" araşdrıma institutu araşdırmasına görə cinayətkar qruplaşmanın 2007-ci ildəki gəlirləri 47 milyard avro təşkil edib.

Xəbər 2784 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +