Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


06.03.2018  14:54 

76 il əvvəl batırılan ABŞ gəmisi tapıldı





A+  A-

İkinci dünya müharibəsində batan ABŞ-ın təyyarə gəmisi “USS Lexington” Avstraliya sahillərində tapılıb.
XəzərNews.az xəbər verir ki, Mərcan dənizində sahildən 800 km aralı, 3 km dərinlikdə tapılan gəmi 1942-ci ilin 4-8 may tarixləri arasında Mərcan Dənizi Savaşında məğlub olaraq batırılıb. Gəminin 200 nəfərlik heyəti də həlak olmuşdu.

ABŞ donanması xəbəri təsdiqləyib. Axtarış işlərini “Microsoft”un qurucularından olan Pol Allenin sahib olduğu “Vulcan” şirkəti aparıb. 11 qırıcının 5-i təyyarədə olub.

ABŞ Sakit Okean donanmasının üzvü Adam Harris deyib: “ “USS Lexington”da xilas olanlardan birinin oğlu kimi, gəmini tapan Pol Allen və “Research Vessel”dəki heyətə təşəkkür edirəm”.

Mərcan Dəniz Savaşı Yeni Qvineyada strateji önəmə sahib limana doğru hərəkət edən yaponların qarşısının alınması ilə nəticələnən dəniz savaşlarından biridir.

3-4 may tarixlərində yaponlar Solomon adalarından birini, Tulaqini ələ keçirdi. ABŞ Yaponiyanın bir neçə gəmisini batırdı. Yaponlar isə Mərcan dənizindəki ABŞ donanmasına məxsus gəmiləri tapmaq üçün hərəkətə keçdilər.

7 may səhəri yapon gəmisindən havaya qalxan təyyarələr bir ABŞ gəmisi və tankerini batırır. ABŞ qırıcıları isə yaponların iki gəmisini batırır. Yapon qırıcıları “Lexington”a hücum edərək 35 təyyarə daşıyan gəmini batırır. Əks hücuma keçən ABŞ qırıcıları da Yaponiyanın “Shokaku” təyyarə gəmisini batırır.

ABŞ gəmisində 216 nəfər həlak olub, 2000-dən çox heyət üzvü xilas edilir.

Xəbər 2946 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +