Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


31.01.2018  22:45 

Azərbaycanda bu ərazi gömrük rüsumları və vergilərdən azad olacaq





A+  A-

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaq.
XəzərNews.az-ın məlumatına görə, bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

“Əsas iqtisadiyyatda aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir”, - deyə məlumatda vurğulanıb.

Bundan başqa, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq.

Xəbər 2662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +