Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


11.04.2017  10:37 

Bakıda ŞOK OLAY: Ev yiyəsi kirayənişini arvadı ilə tutdu





A+  A-

Bakıda ötən gün törədilən qətlin təfərrüatları məlum olub.
XəzərNews.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ. Əhmədov uzun müddətdir F. İsmayılovun evində kirayədə yaşayıb. F. İsmayılov İ. Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, ötən gün səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ. Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ. Əhmədov F. İsmayılovu bıçaqlayıb.

Hadisəni törədən İ. Əhmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 3571 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +