Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi





A+  A-

ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Corciya ştatında cənubi koreyalı tikinti işçilərinin saxlanılması ilə bağlı yaranmış vəziyyətə görə rəsmi Seuldan üzr istəyib.

XəzərNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Landau bu məsələni ölkənin xarici işlər nazirinin birinci müavini Pak Yun Cu ilə müzakirə edib. Seul tərəfi vurğulayıb ki, Cənubi Koreya vətəndaşları ABŞ hüquq-mühafizə orqanlarının ədalətsiz münasibəti ilə üzləşiblər və bu, bütün ölkədə mənfi əks-səda doğurub.

Pak Yun Cu ABŞ tərəfinə Cənubi Koreya vətəndaşları üçün yeni viza kateqoriyasının yaradılmasını təklif edib və qeyd edib ki, azad edilmiş şəxslərin ABŞ-a yenidən girişində heç bir məhdudiyyət olmamalıdır.

Landau insidentə görə dərin təəssüfünü bildirib və bu hadisənin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün bir fürsət kimi dəyərləndirilməsini təklif edib:

“ABŞ Prezidenti Donald Tramp məsələni nəzarətə götürüb və bu şəxslərin yenidən ölkəyə girişinə məhdudiyyət qoyulmaması ilə bağlı göstəriş verib. Belə hadisələrin təkrarlanmaması üçün hər cür tədbir görüləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da Cənubi Koreya vətəndaşı olan tikinti işçiləri zorakılıqla saxlanılıb.

Xəbər 2706 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +