Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


18.05.2025  10:51 

Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı





A+  A-

"Ərdoğanı nə Azərbaycanda, nə də Türk dünyasında düzgün başa düşən olmayıb. Ərdoğan demək istəyib ki, Səfəvilər dövlətinə qarşı hücum əməliyyatını ermənilər, kürdlər, lazlar həyata keçirib və fransız toplarına da mərmi qoyanlar ermənilər olub".

Bu sözləri XəzərNews.az-a Dünya Azərbaycanlıları Konqresinin Avropa üzrə koordinatoru Əli Hacı deyib.

Ə.Hacı bildirib ki, əslində Şah İsmayıl məğlub olmadan döyüş əməliyyatlarını dayandırıb:

"Bu da məğlubiyyət sayılmır. Geri çəkilərkən Sultan Səlimin ordusundakı sənətkarlar və müxtəlif peşə sahibləri Təbrizə yerləşərkən din və dillərinin bir olduğunu yəqin edib qiyam qaldırmışlar. Sultan Səlim də qiyam zamanı Təbrizi tərk edərək geri dönmüşdür".

Əli Hacı qeyd edib ki, bəzən tarixi faktlar gizlədilir:

"Təəssüf ki, bu gün Türkiyınin tarixi Oğuz türkünün dediyi kimi yazılmayıb. Ərdoğanın məlum ifadələri Türkiyədə yaşayan 55 milyon Oğuz türkünün faciəsinə gətirib çıxara bilər. Bu məsələyə milli nöqteyi-nəzərdən yanaşmaq olmaz. Şah İsmayıl və Sultan Səlim mübarizəsi məzhəb davası idi. Osmanlıya top-tüfəng vermiş Avropa dövlətləri Sultan Səlimi Şah İsmayılın üzərinə göndərmişlər".

Əli Hacı vurğulayıb ki, Şah İsmayıl böyük Turan qurmaq həvəsində idi:

"Sultan Səlim isə Avropanı fəth etmək istəyindən geri çəkildi. Təkcə Osmanlını deyil, Avropanı da Qızılbaş hərəkatının yayılması qorxudurdu. Ona görə də Avropa Sultan Səlimlə danışıqlara gedib onu Şah İsmayılın üzərinə göndərdi.

Cənab Ərdoğan sözləri ilə çox güman ki, Türkiyənin içində Şah İsmayılın yaratdığı Qızılbaş təriqətinin yayılmasını nəzərdə tuturdu. Bu gün Türkiyədə adını Ələvilər qoyan zümrə Qızılbaş ayinlərini olduğu kimi qoruyub saxlayır".


Əli Hacı qeyd edib ki, Türkün Türk üzərində qələbəsi heç vaxt qürur yeri ola bilməz:

"Çanaqqalada minlərlə Oğuz - Azərbaycan türkünün məzarı, adsız şəhidləri var. Azərbaycan dünən olduğu kimi, bu gün də Türkiyənin güclənməsində öz töhfəsini verir".

Xəbər 3563 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +