Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


22.12.2023  12:18 

“Neqodnı”ları hansı aqibət gözləyir? - Nazirlik yoxlayacaq





A+  A-

Xəbər verdiyimiz kimi, hərbi qulluqçuların hərbi xidmətə yararsızlıq dərəcəsinin müəyyənləşdirilməsi hərbi komissarlıqlardan alınaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bu isə cəmiyyətdə müzakirələrə səbəb olub. Hətta səhhəti ilə əlaqədar hərbi xidmətə yararsız olan şəxslərin də yenidən ordu sıralarına çağırılacağına dair iddialar var.

Maraqlıdır, bundan sonra “neqodnı”ları hansı aqibət gözləyir?

Xəzərnews.az xəbər verir ki, Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Üzeyir Cəfərov qeyd edib ki, kimlərin yoxlanmaq müddəti çatıbsa, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkim komissiyası tərəfindən yoxlanılacaq:

“Əgər kiminsə səhhətində problem yaranacaqsa, ona möhlət hüququ veriləcək. Yox, möhlət hüququ olmasına baxmayaraq, səhhətində ciddi narahatçılıq olmasa, yəqin ki, onlarla bağlı da qərar veriləcək”.

Hərbi ekspert söyləyib ki, kim hansı komissiyadan keçibsə, onların təzədən çağırılması həm arzuolunan deyil, həm də cəmiyyətdə narazılıq yaradacaq:

“Çünki qarşıda Azərbaycanda siyasi tədbirlər, növbədənkənar prezident seçkiləri var. Ona görə də nazirlik əvvəl buraxdığı səhvləri yəqin ki, indi təkrarlamaz. Bildiyiniz kimi, əlilliyin təyinatı ilə bağlı çox böyük narazılıqlar var. İmkanım olsa, bu gün əlilliyin bərpa mərkəzinə gedəcəyəm. Çünki bunlar insanları süründürürlər, mart ayında komissiyanı keçmiş adamların əlilliyi ilə bağlı hələ də qərar verilməyib. Bu da insanlar arasında çox böyük narazılıqlar yaradır. Onların dava-dərman almaq və ailəsini dolandırmaq imkanları məhduddur”.

“Çağırışçılarla bağlı məsələlərə gəldikdə isə onun tərəfdarıyam ki, bu cür neqativ hallar aradan qaldırılsın. Bir çox məsələlər var və ümid edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələlərlə bağlı bir çox dəyişikliklər və yeniliklər edəcək. Bu məsələ növbəti narahatlıq doğuran bir məqam kimi ortaya çıxdı. Çünki indiyə qədər Müdafiə Nazirliyinin hərbi həkim komissiyası əlillik dərəcəsi ilə bağlı rəy verirdi ki, xəstəlik və travma hərbi xidmət dövrü ilə bağlıdır, yoxsa ondan öncə. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bunu bir qədər sorğulayır və yenidən yoxlayırdı. Bu da bir komissiyanın digərinə olan etibarsızlığı idi”, - əlavə edib.

Müsahibimiz qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi həkim komissiyası varsa və onlar hansısa qərar veribsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri bu qərarlara hörmətlə yanaşmalıdır:

“Doğrudur, neqativ hallar çox olub və hələ bir müddət olacaq. Lakin bu məsələ ilə bağlı görüləsi işlər çoxdur. Fikrimcə, çağırışçılarla işləyən komissiya fəaliyyət göstərirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərbi həkim komissiyasının onları yoxlamağa ehtiyacı yoxdur. Əgər nazirlik yoxlayacaqsa, onda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həmin hərbi komissiyasının saxlanılmasına nə ehtiyac var? Çünki oraya həm yerli həkimlər, həm də TƏBİB-dən və Səhiyyə Nazirliyindən göndərilmiş mütəxəssislər ezam olunur. Bir sözlə, bu məsələdə də təkmilləşməyə və lazımi yeniliyə ehtiyac var”.

Xəbər 4150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +