Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı

06.03.2023  11:55 

“Şuşada baş verən təxribatı ruslar təşkil edib” - Hərbi ekspert

A+  A-

“Şuşada baş verən təxribatı rusların özü təşkil etmişdi, çünki bu, özlərinə lazım idi”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, martın 5-də Turşsu-Xəlfəli yolunda qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi təxribatın pərdəarxası məqamlarına toxunub.

Xatırladaq ki, silahlı insident nəticəsində 3 erməni hərbçisi məhv edilmiş, 2 hərbçimiz şəhid olmuşdur.

Ü.Cəfərova görə, bu ruslar tərəfindən Brüsseldə baş tutacaq Əliyev-Paşinyan görüşünü əngəlləmək üçün ortaya atılan çox kobud və bağışlanılmaz bir təxribatdır:

“Bunun cavabı çox sadədir. Ona görə ki, Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında Paşinyanla görüşündə rahat şəkildə təklif etdi ki, orada bu problemlərin yaşanmaması üçün post qoyulmalıdır. Amma Bakıya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov isə həyasızcasına dedi ki, üçtərəfli bəyannamədə bu, nəzərdə tutulmayıb və Rusiya bunun əleyhinədir”.

Polkovnik xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya sülhməramlıları əraziyə gələndən sonra ilk dəfə dünən kəskin şəkildə bölgədən qeyri-qanuni erməni silahlılarının dərhal çıxarılması tələbini qoydu:

“Bunu yerinə yetirməli olan dövlət də Rusiyadır. Lavrovdan soruşulmalıdır ki, üçtərəfli müqavilədə Rusiya sülhməramlılarının Laçın-Xankəndi yoluna alternativ - torpaq yollardan istifadə etməsi nəzərdə tutulub, ya yox? Onlar orada bilərəkdən bu şəraiti yaratdılar ki, Azərbaycan buna biganə qalmasın və reaksiya versin.

Biz erməni kanallarının paylaşdığı videonu da görmüşük ki, Rusiyanın bir neçə BTR-i və “UAZ”ı hadisə yerinə gəlib. Mənə elə gəlir ki, bu gün o məsələlərlə bağlı müəyyən açıqlamalar olmalıdır. Hadisədən 1 sutka vaxt keçib, iki tərəfdən 5 itki var. Amma Rusiya Müdafiə Nazirliyi dünən gecəyə qədər baş vermiş hadisə ilə bağlı öz saytlarında 1 cümlə də məlumat verməyib”.

Ehtiyatda olan hərbçinin fikrincə, bu, danışıqlar prosesini pozmaq üçün Rusiyaya lazım idi:

“Çünki bölgənin mütləq sahibi guya onlardır və onlar istəmirlər ki, buraya Qərbin hansısa bir müdaxiləsi olsun. Ona görə də bu təxribatı təşkil edənlər ruslardır.

Hesab edirəm ki, hazırda nəzarət-buraxılış postunun qoyulması və sülhməramlıların bölgədən getməsi məsələsi gündəmə gətirilməlidir. Çünki müharibədən sağ-salamat çıxan zabitlərimizdən 2-si şəhid oldu. Bu, bilavasitə Rusiyanın düşündüyü və həyata keçirdiyi təxribatdır. İndiyə qədər xarici işlər naziri Ceyhun Bayramov, eləcə də DTX-nın rəsmisi general-leytenant Ceyhun Şadlınski də bir neçə dəfə bildirmişdi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Orada silah-sursat, mina daşınır, bölgəyə dəxli olmayan insanlar aparılıb-gətirilir”.

“Ermənistan Xarici İşlər Nazirliyi nə qədər yalan uydursa da, reallıq göz önündədir. Onlar deyirlər ki, Xankəndiyə sənəd, pasport aparırdılar. Başa düşmürəm, Azərbaycan ərazisində hansı pasportdan söhbət gedə bilər? Əgər bunlar həqiqətən də adi sənəd aparırdılarsa, Laçın-Xankəndi yolundan niyə istifadə etmədilər, məhz arxa tərəfdən keçdilər? Aydındır ki, əvvəlki kimi silah-sursat daşımışdılar. Bu dəfə də silah-sursat daşıdıqları yerdə ilişdiklərinə görə məhz bu hadisə baş verdi. Azərbaycan da bu hadisədən ən sərt şəkildə istifadə edib həm postunu qoymalıdır, həm də ki, bu məsələ ilə bağlı Rusiya tərəfinə öz qəti etirazını və narazılığını bildirməlidir”, - yekunlaşdırıb.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Xəbər 988 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi

BÜTÜN XƏBƏRLƏR +