Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


29.11.2022  12:23 

Milli Məclisdə: Deputatlar problemlərdən danışdı, maraqlı təkliflər səsləndirdilər





A+  A-

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. İclasın cari məsələlər müzakirə olanan hissəsində bəzi deputatlar problemlərdən danışb, maraqlı təkliflər səsləndiriblər.

Deputat Fazil Mustafa bildirib ki, millət vəkili olaraq bir çox nazirliklərə heç bir müraciət etmir:

"Çünki edilən bu müraciətlərin faydası yoxdur. Artıq biz deputatlar ölkənin maraqlarını təmsil edən məsələlərdə heç nəyi həll etmək səlahiyyətində deyilik. Qurumlar tərəfindən ölkə prezidentinə dəstək verilməlidir. Bu gün hətta qurumların nöqsanları aşkara çıxarmalıdır" -deyə F.Mustafa bildirib.

Deputat Qüdrət Həsənquliyev iki ildir yaradılan Operativ Qərargahın üzvlərinin kimlər olduğuniu bilmədiyini qeyd edib.

"Biz hələ də bilmirik ki, həmin qərargahın üzvləri kimlərdir. Qərargahın hətta hüquqi statusu da bəlli deyil. Elə mətbuatda oxuduq ki, Operativ Qərargah yaradılıb, iki ildir yaradılmasına baxmayaraq, hələ də bilinmir hansı işə baxır”, -deyən Q.Həsənquliyev çıxışı zamanı qərargahın fəaliyyətini tənqid edib.

Qüdrət Həsənquliyev çıxışında həmçinin Azərbaycanın adının dəyişdirilməsini təklif edib:

“Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.

Deputat Naqif Həmzəyev müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması təklif edib.

“Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat heç olmasa gündə iki dəfə pulsuz olmalıdır. İctimai nəqliyyatda avtobusların sayı artırılmalıdır ki, Bakıda tıxac problemi qismən həll olunsun. Ötən günlərdə gənclər və idman naziri işə piyada gedirdi. O, ictimaiyyətə çağırış edirdi ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadə etsin və piyada getsin. Mən özüm də ictimai nəqliyyatdan istifadə etməyə çalışsam da, mümkün deyil. Ona görə də, bu problem üzərində həll yolu axtarmaq lazımdır”, - deyə deputat vurğulayıb.

Deputat Sahib Alıyev deyib ki, Vardanyan kimi dələduzun Qarabağda görünməsi adi hal deyil:

"Dələduz Vardanyanın təxribatlarına göz yumulmayacaq. Onun özü də Qarabağa gəlməkdən razı deyil. Qarabağa gəlmə səbəbi öldürülən rusiyalı milyarderlər arasında olmamaqdır. Ona tapşırıq verilib ki, təxribatlarını özü maliyyələşdirsin. Rəsmi Bakı isə bununla razı olmayacaq. O, ya Bakıya gətiriləcək, ya da oradan rədd olub gedəcək” - deyən deputatın sözlərinə görə, erməni milyarder Vardanyan Qarabağa xüsusi tapşırıqlarla gəlib.

Qeyd edək ki, Milli Məclisdə “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub.

Bu qanun layihəsinə görə, hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır. Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar.

XəzərNews.az

Xəbər 892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +