Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


03.11.2022  16:26 

“Cənubi Azərbaycanın“ İrandan ayrılması: Reallıq, yoxsa siyasi ritorika?





A+  A-

Bakı ilə Tehran arasında gərginlik dərəcəsinin son aylarda daha da artdığını görmək olar. İran sentyabr ayında Azərbaycan sərhədində keçirilən təlimlərlə hərbi gücünü nümayiş etdirib. Ötən gün isə Azərbaycan İranın nəzarətində olan gizli silahlı birləşmənin ifşa olunduğunu bildirib.

DTX-nın məlumatına görə, 19 nəfərdən ibarət qrup üzvlərindən, "dünyəvi dövlət ideyalarına" qarşı dini-ekstremist materiallar götürülüb. Bakıda əvvəl də, hesab ediblər ki, İran öz inqilab modelini ixrac etməyə çalışır. Lakin indi buna konkret əsas göstərilir.

Tehran bu ittihamlara münasibət bildirməyib. Lakin mediada tez-tez yerli azərbaycanlı fəalların həbsi və "Cənubi Azərbaycanda" separatçılığa təşviqdən danışırlar. Bəs, Azərbaycanın İrandan ayrılma ehtimalı realdırmı?

BBC News Azərbaycanca bu barədə hadisələri izləyən təhlilçilərlə söhbət edib. Onların ortaq fikri budur ki, hazırkı bəyanatlar mübadiləsi İkinci Qarabağ müharibəsindən sonra dəyişməkdə olan geosiyasi vəziyyətə reaksiyadır.

Oxford Universitetindən təhlilçi Leyla Əliyevaya əsasən, Tehranla Bakı daha əlverişli mövqelərə sahib olmaq üçün əllərində olan təzyiq imkanlarını sınayrlar, çünki Bakı ilə Yerevan arasında gözlənilən sülh sazişi bölgədəki, "qüvvələr nisbətini" poza bilər: "Soyuq müharibədən sonrakı təcrübənin göstərdiyi kimi, təzyiqin ən güclü elementi o cümlədən, separatçı hərəkatlar və əhval-ruhiyyədən istifadədir", tədqiqatçı deyir.

Buna misal kimi, ötən ay Türkiyə mediasında sabiq yüksək rütbəli İran rəsmisinin Azərbaycanı İrana birləşdirmək barədə dediklərini göstərmək olar. Cavab olaraq, Azərbaycanda hakimiyyətə yaxın olduğu deyilən Caliber.az saytında "Artıq vaxtdı: Cənubi Azərbaycan İranın tərkibindən çıxmalıdır" başlıqlı məqalə yayıldı. Son vaxtlar belə təhlillərin mötəbərliyi daha da artıb.

Artıq bənzər çıxışları hökumət tərəfindən sərt nəzarət edilən AzTV-də görmək olar. Orada yayılan süjetlərindən birində İran azərbaycanlıları "Arazı ayırdılar" bayatını oxuyurlar. İki il əvvəl Zəfər paradında Recep Tayyip Erdoğanın oxuduğu bu misralar, İranın kəskin tənqidinə tuş gəlmişdi.

“Arazı ayırdılar”: Erdoğanın Bakıda “Laçın” bayatısını söyləməsi Cavad Zərifi niyə qəzəbləndirdi?

"Prezident Erdoğana məlumat verilməyib ki, onun Bakıda səhv edərək dediyi şeir Arazın şimal hissəsinin İranın ana torpaqlarından güclə ayrılmasına istinad edir. O, başa düşmədimi ki, Azərbaycan Respublikasının suverenliyini sual altına almış olur", İranın o vaxtkı xarici işlər naziri Cavad Zərif tvitində yazmışdı.

İyul ayında Tehranda Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla görüşü vaxtı İranın Ali Dini lideri Qarabağın Azərbaycana qayıtması ilə bağlı məmnunluğunu ifadə etsə də, sərhədlərin mümkün dəyişməsinə qarşı olduğunu deyib. "Əgər İran və Ermənistan arasındakı sərhədi bağlamaq siyasəti varsa, İslam Respublikası belə bir qərara qarşı çıxacaq, çünki bu sərhəd min illərdir bir əlaqə yolu olub".

İran və Azərbaycanın internet məkanında sərhədlərin dəyişməsi, torpaqların bir-birinə birləşdirməsi barədə iddialar yeni hal deyil, bu mövzu sosial media məkanında da mübahisələrə səbəb olur.

Lakin BBC Farscanın əməkdaşı Həmid Keyhaniyə görə, məsələyə İran tərəfindən nəzər salınsa, ərazi iddiaları ilə bağlı çağırışların əhəmiyyətinin bir qədər şişirdilmiş olduğunu görmək olar. "Təbii, hökuməti tənqid edən azərbaycanlılar var, amma digər tərəfdən onlar İranda uğurlu və nüfuzludur. Elə Xameneyinin özünü götürək. Düşünməzdim ki, ayrılma məsələsi hazırda ciddi qəbul edilə bilər", Həmid Keyhani deyir.

Onun sözlərinə görə, İranda belə bəyanatları səsləndirən sosial media qruplarının rəsmi siyasətə real təsiri "sual doğurur". Eyni zamanda İranın Azərbaycana təsir imkanlarının özü də birmənalı məsələ deyil.

"İran iqtisadi cəhətdən kiçik ölkələrə təsir edə bilər, amma Azərbaycana deyil, bunun üçün kifayət edən resurs və iradə yoxdur, çünki çoxlu daxili problemlər var", Hamid Keyhani deyir.

Bəs, belə isə, ortaya çıxan bəyanatların əhəmiyyəti nədir? ABŞ-da mənzillənən İran üzrə təhlilçi Ramin Cabbarlıya əsasən, hazırda bir-birindən ehtiyat edən tərəflər "yumşaq güclərini" nümayiş etdirirlər: "Hər iki ölkədə "yumşaq gücdən" istifadə edirlər. İranda şiə amilini, keçmişdə Azərbaycanın İran tərkibində olduğunu, Azərbaycanda isə İrandakı azərbaycanlı amilini yada salırlar".

Ramin Cabbarlı hesab edir ki, mediada səslənən bəyanatlara rəğmən hər iki tərəfdə olan rəsmilər səviyyəsində yanaşma daha ehtiyatlıdır və bu, xüsusən də, Azərbaycana aiddir. "Azərbaycan əslində İranın daxilindəki azərbaycanlılara təsir edə bilər. Lakin o, media vasitəsilə İran hakimiyyətinə mesaj otürməyə üstünlük verir", Ramin Cabbarlı deyir.

İranla Azərbaycan arasında sərhədlərin toxunulmazlığı daimi mövcud olan bir vəziyyət deyil. Belə ki, 1945-ci ildə İranın şimalında qısa müddət ərzində Azərbaycan Demokratik Respublikası yaranıb. O, Tehrandan neft güzəştlərini uman Sovet hökuməti tərəfindən dəstəklənirdi. Müharibədən sonra nüfuz dairəsini genişləndirən SSRİ burada hətta qoşunlarla təmsil olunmuşdu.

Bəziləri tarixin yenidən təkrarlana biləcəyini deyə bilərlər, lakin Leyla Əliyeva bunun mümkün olmadığını hesab edir. "Bu o zaman reallaşa bilər ki, bir tərəfdən güclü səfərbərlik və mərkəzdənqaçma təmayülü olsun, bununla yanaşı ölkə o qədər zəifləməlidir ki, öz regionunu nəzarətin altında saxlaya bilməsin. Üstəlik, bu proses üçün əlverişli xarici mühit də lazımdır", deyən Leyla Əliyevaya görə, hazırda bu şərtlər müşahidə olunmur və belə istək də yoxdur.

"Düşünmürəm ki, onlar bunu həqiqətən istəyirlər. Bu, onlar üçün çoxlu lazımsız problemlər yaradacaq. Beynəlxalq ictimaiyyətin buna necə reaksiya verəcəyi də hələlik məlum deyil".

Hazırda İran və Azərbaycan rəsmi səviyyədə qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini deyirlər. Sentyabrda Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşərkən əməkdaşlıq məsələləri müzakirə edilib. Bundan başqa Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (İTC) və Rəşt-Astara dəmir yolu layihəsi üzərində işlədiyini deyirlər.

Bu arada mediada əməkdaşlıqdan fərqli mənzərəni görmək olar. İran 2018-ci ildə Gəncə meri Elmar Vəliyevə uğursuz sui-qəsddə və ondan sonrakı iğtişaşlarda iştiraka görə "hüseynçilər" kimi tanınan şiə qrupunun üzvlərini Azərbaycana vermək müraciətini rədd edib. İrandakı bəzi nəşrlərin Azərbaycanda şiə qruplarına dəstəyi "inqilabın ixracı cəhdləri" kimi görülür.

İran bunu dansa da, Azərbaycanda belə bir rəy formalaşıb ki, Tehran illər ərzində "şiə Azərbaycana" köməkdənsə, onunla müharibədə olan Ermənistana dəstək olub. Öz növbəsində İran Azərbaycanı İsraillə əməkdaşlığa görə qınayır. Belə bir ziddiyyətli vəziyyətdə köhnə iddiaların üzə çıxması yəqin ki, təəccüb doğurmamalıdır.

Xəbər 965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +