Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


25.10.2022  09:13 

İsrail Suriyada İran hərbi obyektlərini, İran öz vətəndaşlarını “ovlayır“





A+  A-

Təl-Əvivin yüksək səviyyəli müdafiə rəsmiləri bildiriblər ki, İsrail ordusu Suriyada "Hizbullah"la birlikdə möhkəmlənməyə çalışan İranın hərbi infrastrukturunun təxminən 90%-ni məhv edib.

Onların iddiasına görə, İsrail son illərdə İranın Suriyaya silah ötürmək, ölkə ərazisində silah istehsal etmək və orada iranpərəst qüvvələrlə baza yaratmaq imkanlarını demək olar ki, tamamilə məhdudlaşdırmağa nail olub. Hücumlar nəticəsində Suriya ordusunun silah və sursat istehsal etmək qabiliyyəti də zərər görüb, çünki iranlılar və "Hizbullah" silah istehsal etmək üçün eyni zavodlardan istifadə edirmişlər.

Bununla yanaşı, İsrail mənbələri hesab edir ki, Suriya prezidenti Bəşər Əsəd ölkəsində İran və "Hizbullah"ın fəallığını azaldıb, çünki onların Suriyada mövcudluğunu faydalı hesab etmir.

İranın bu əməliyyata cavabı özünəməxsusdur-yenidən öz vətəndaşlarına qarşı “casus ovu” əməliyyatlarına start verilib. İran hakimiyyət orqanları Qərbi Azərbaycan vilayətində “düşmən sionist qurumu ilə əlaqəli on agenti” həbs etdiyini xəbər verir.

Tasnim Agentliyinin məlumatına görə, bu qrupun üzvləri “Mossad” zabitləri ilə birbaşa videobağlantı vasitəsilə əlaqə saxlayırlarmış. Bu qruplaşma üzvləri Qərbi Azərbaycan, Tehran və Hormozqan vilayətlərində İranın xüsusi xidmət orqanları ilə əlaqəsi olan bəzi şəxslərin avtomobillərini və evlərini yandırdıqdan sonra fotoşəkillərini çəkib “Mossad” rəsmilərinə göndərmək müqabilində nağd pul alıblar. Bu, 2020-ci iin noyabrından üzü bəri “Mossad” “agentlərinin” elan edilmiş 5-ci “kütvəli ifşası”dır.

Son iğtişaşlar zamanı İran rəsmilərinin, güc qurumları nümayəndələrinin kütlə tərəfindən fitlə qarşılanması, bəzən onların linç edilməsi, tədbirlərdən qovulması kütləvi hal alıb və bu anları əks etdirən videogörüntülər, adətən, sosial şəbəkələrdə yayılır, bəzən beynəlxalq KİV-lərin də xəbər lentlərində nümayiş olunur. Amma göründüyü kimi, iğtişaşları videoya çəkib yayan istənilən İran vətəndaşı kəşfiyyat qurumlarının nəzərində potensial “Mossad agenti”dir. Yəni “casus ovu” hələ çox davam edəcək, həbs olunanlardan qonşu dövlətlərə qarşı ifadələr də alınacaq.

Cəmaləddin Quliyev


Xəbər 999 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +