Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


18.10.2022  20:31 

“Ölkələrimiz üçün İran ümumi problemdir“ - Hikmət Cavad





A+  A-

Oktyabrın 17-də rusiyalı işğalçılar Ukraynaya 40 ədəd İran kamikadze-dronları ilə hücum edib. Təkcə Kiyev istiqamətinə təxminən 30 dron buraxılıb. Onların böyük əksəriyyəti vurulub. Bu, Ukraynaya qarşı bu cür terrora qarşı yüksək səviyyədə müqavimət göstərməsi nöqteyi-nəzərdən sevindiricidir. Artıq müəyyən edilib ki, məhv edilən dronların ən azı 86 faizi İran istehsalıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov "QORDON" nəşrində öz bloqunda yazıb:

KİV-lərdə həmçinin belə məlumat dolaşıb ki, Rusiya İrandan "Arash-2" kamikadze-dronlar sifariş verib və İran Rusiyaya kiçik mənzilli "yer-yer" sinfindən olan "Fateh-110" və "Zolfagar" ballistik raketlər tədarük etmək niyyətindədir.

Rəsmi Tehran bunların hamısını inkar edir, lakin tamamilə aydındır ki, İran tərəfinin bəyanatlarına heç bir etimad yoxdur.

İlk növbədə ona görə ki, Ukrayna tərəfi arzu edənlərə vurulmuş İran dronlarını rəsmi Tehranın yalanının sübutu kimi təqdim edə bilər.

Şübhəsiz, buradan belə sual meydana çıxır: Onilliklər ərzində Qərbin sanksiyaları altında olan İranın ballistik raketlər və kamikadze-dronlar istehsal etmək üçün texniki imkanları haradandır?

Böyük ehtimalla, bu, çiplərin və bu silahın istehsalı üçün lazım olan başqa şeylərin istehsalçısı olan ölkələrlə əməkdaşlıq etmədən mümkün olmazdı. Yəni sanksiyalardan yan keçmək tamamilə mümkündür.

Burada ən vacibi İranın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyən dövlət olmasıdır. Və bununla əlaqədar olaraq iki ölkə arasında diplomatik münasibətlərin indiyədək pozulmaması, yumşaq desək, təəccüblüdür. Fəqət, hər şeyin öz vaxtı var.

Mən isə qeyd etmək istəyirəm ki, Azərbaycan üçün də İran ölkəmizə qarşı hərbi təcavüzü dəstəkləyən dövlətdir.

Birinci Qarabağ savaşında İran İslam Respublikasının Ermənistana silah satmasını sübut edən çoxsaylı faktlar var.

Həmçinin İran vətəndaşlarının Azərbaycanın işğal edilmiş ərazilərin talan edilməsində iştirakı barədə faktlar var.

Bunlar 44 günlük İkinci Qarabağ savaşının nəticələrindən bəlli olub, İran tərəfinin belə aşkar faktları inkar etməsi mümkün olmayıb.

Həm də, axı, 44 günlük savaşda İrandan Qarabağ separatçılarına yanacaq dolu avtomobillər karvanı göndərilib. Savaş bitəndən sonra rəsmi Tehran işğaldan azad edilən ərazilərdə Azərbaycan DİN tərəfindən blokpostların qoyulmasına, habelə gömrük-nəzarət məntəqələrinin açılmasına hiddətini gizlətməyib.

Məhz onların sayəsində biz gördük ki, iranlıların sənədlərində Xankəndi şəhəri Ermənistanın Stepanakert şəhəri kimi göstərilib. Belə də yazılıb: "Stepanakert, Ermənistan".

Göründüyü kimi, İranın Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini dəstəkləməsi barədə çoxsaylı faktlar mövcuddur. Bu zaman rəsmi Tehran həmişə aşkar olanları inkar edib.

Ukraynalılar üçün tanış mənzərədir. Bu, Bakı və Kiyevin qonşu dövlətlərin aqressiv siyasəti nəticəsində ərazilərinin bir hissəsinin işğalı deyil, həm də ölkələrimiz üçün İran ümumi problemdir.

Müvafiq olaraq biz buna qarşı birgə müqavimət göstərməliyik. Həm də təkcə ölkələrimiz deyil, dünyanın bir çox dövlətləri də həmçinin. Sivil dünyanın Rusiyaya qarşı müqavimətdən az olmamaq şərtilə.

Xəbər 1026 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +