Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


08.09.2022  16:14 

Mətbuat Şurası: İdarə Heyətinə düşməyə çalışanlar və... - SİYAHI





A+  A-

Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yenilənəcəyi gözlənilir.

Yayılan məlumatlarda Mətbuat Şurasının sədri postuna da yeni simanın gələcəyi bildirilir.

Nizamnaməyə görə, sədr qurultayda İdarə Heyətinin üzvləri arasından seçiləcək.

2003-cü ilin martından Mətbuat Şurasına sədrlik edən Əflatın Amaşovun qurultayda İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi hələ dəqiq deyil.

Qurultay yaxınlaşdıqca, Mətbuat Şurasının İdarə Heyəti üzvlüyünə namizəd olmaq istəyənlər də meydana çıxır, İdarə Heyəti üzvlüyündən çıxmaq istəyənlər də.

Məsələn, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bu gün bəyan edib ki, o, Mətbuat Şurasının İdarə Heyəti üzvülüyünə namizədliyini irəli sürüb.

“Bizimyol.info” saytının rəhbəri Bahəddin Həzi isə əksinə, bəribaşdan həmkarlarından xahiş edib ki, anketlərdə onun adını yazmasınlar, namizədliyi irəli sürülməsin.

Bununla da Bahəddin Həzi 2018-ci ildən üzv olduğu İdarə Heyətindəki təmsilçilikdən geri çəkildiyini bəyan edib.

Editor.az saytının baş redaktoru Fərid Şahbazlı da Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq niyyətini ortaya qoyub.

Hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan tanınmış jurnalist Niyaz Niftiyev isə sədr postuna iddialı olduğunu açıqlayıb: “Düşünürəm ki, fəaliyyətdə olan MŞ İdarə Heyətinin zəhmətkeş üzvü kimi təcrübəm də var”.

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin dəyişəcəyi istisna deyil. Çünki köhnə üzvlər arasında dünyasını dəyişən də var, həbs olunan da...

Hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan şəxslər:

Jurnalistlər:

Əflatun Amaşov
Vüqar Rəhimzadə
Umud Mirzəyev
Rəşad Məcid
Aydın Quliyev
Akif Aşırlı
Rauf Arifoğlu
Elçin Mirzəbəyli
Bəxtiyar Sadıqov
Aynur Camalqızı
Bahəddin Həziyev

İctimaiyyət nümayəndələri:

Vüqar Səfərli
Müşfiq Ələsgərli
Aqil Abbas
Cavanşir Feyziyev
Hikmət Babaoğlu
İlham İsmayılov
Yadigar Məmmədli

İnternet portallar:

Vüsalə Mahirqızı
Azər Həsrət
Niyaz Niftiyev
Rəhman Hacıyev
Anar İmanov

Ehtiyat üzvlər:

Jurnalistlər:

İlqar Hüseynov
Musa Mərcanlı

İctimaiyyət nümayəndələri:

Nəsir Əhmədli
Çingiz Qənizadə

İnternet portallar:

Elşad Eyvazlı
Rafail Becanov

Modern az

Xəbər 4949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +