Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


26.09.2018  14:07 

Əbülfəz Elçibəyin qohumları Abşeron prokurorundan Baş prokurora şikayət etdi - SƏBƏB





A+  A-

Eks Prezidentin qardaşı oğlu Əliyev Ayturan və yoldaşı Fərəcova Gülnarə Abşeron Rayon Prokurorluğunda baş vermiş qanunsuzluqlardan təngə gəldiklərni və Baş Prokurora müraciət etdiklərni bildirirlər.
XəzərNews.az bildirir ki, imzalanmış şəkildə Strategiya.az-a təqdim olunan müraciətdə deyilir:

“Hörmətli Zakir müəllim,

Bizə aid olan mənzili dələduzluq yolu ilə başqa şəxslərə sataraq mənimsəmiş “AFŞARAN-A”MMC tikinti şirkətinin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun törətdiyi cinayət əməllərinin Abşeron Rayon Prokuroru vəzifəsini icra edən Nail Əliyev (Rayon prokuroru Rahib Seyidov səhəti ilə bağlı məzuniyyətdə olarkən) tərəfindən sırf maddi maraqlar naminə açıq-aşkar müdafiə olunması barədə bu ilin aprel ayında Sizə müraciət etmişdik. Müraciətdən dərhal sonra, iş materialı tələb edilərək 09 aprel 2018-ci il tarixdə 230/XİD 18 saylı məktubla Baş Prokurorluğa aparılmış, bir aydan artıq müddət ərzində orada saxlanılmış və heç bir münasibət bildirilmədən geri gödərilmişdir.

Abşeron Rayon Prokuroru və müavini tərəfindən artıq vərdiş halını almış “mülki işdir gedin məhkəməyə müraciət edin” (şəxsi maraqlarını təmin etdikdən sonra) göstərişini verən Nail Əliyev sırf maddi maraqlar naminə dələduz tikinti şirkəti rəhbərinin vəkili rolunda çıxış edərək onun əməlində cinayət tərkibinin olmadığını israrla bildirmiş və bizlik bir şey yoxdur deyə son qərarını vermişdi. Bundan sonra biz, iş üzrə zərəçəkmiş Müzəffər Məmmədli ilə birlikdə sözügedən saxta alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etdik. Abşeron Rayon Məhkəməsinin hakim Cəmilə Səfiyevanın sədrliyi ilə aparılan araşdırma zamanı qanunzuz alqı-satqı müqaviləsi ləğv edildi və dələduzluq əməli açıq-aşkar dəlillərlə qabarıq şəkildə göründiyi üçün hakim Fəxrəddin Hüseynov Balaxan oğlu barədə xüsusi qərardad çıxardı. Proseslər zamanı o da məlum oldu ki, mənzil dələduzluğunda məşurlaşmış Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarına məxsus ”AFŞARAN” MMC Prezident Adminstrasiyasının hesabatında ən çox şikayət edilən tikinti şirkətləri siyahısında ön siralardadır. Buna görə dələduz qardaşlar iki il müddətdə MMC-nin adını əvvəlcə “AFŞARAN-A” MMC-yə sonra isə “FAM-88” MMC-yə dəyişərək öz dələduzluq əməllərini gizlətməyə çalışmışlar.

Hazırda qərardad Abşeron Rayon Prokuroru Rahib Seyidovun dərkənarı ilə köməkçisi Elçin Mahmudovun icraatındadır və o, xüsisi tapşırıqla dələduz qardaşların törətdikləri cinayət əməllərinin ört-basdır edilməsi istiqamətində ciddi-cəhdlə “araşdırma” aparmaqdadır.

Abşeron Rayon Prokurorluğunda keçən il noyabr ayından başlayaraq bu gün də davam etdirilən qanunsuzluqlar barədə dəfələrlə Rahib Seyidova etdiyimiz şikayətlərin heç bir nəticəsi olmamışdır. Lakin bizim iştirakımızla Rahib Seyidov görüntü yaratmaq xətrinə adıçəkilən şəxslər barəsində fevral-mart ayları boyunca müavini Nail Əliyevə üç dəfə cinayət işi başlanmasına dair göstəriş verərək bizi sakitləşdirmiş, real olaraq isə özlərinin şəxsi maraqlarını mühafizə etmişlər. Sonuncu görüşümüzdə (22 sentyabr 2018-ci il) Rahib Seyidov şəxsən özünün xüsusi qərardadı araşdıraraq heç bir cinayət tərkibinin olmadığını birmənalı olaraq bildirməsi isə onun baş verənlər barədə təfsilatı ilə məlumatlı olmasından və dələduz qardaşların himayə edilməsində maraqlı olmasını açıq-aşkar ortaya qoymuşdur. Belə ki, keçən bir il boyunca Rahib Seyidov bizim iştirakımızla Nail Əliyev və müstəntiq Yaşar İsgəndərova göstəriş verərək dələduz iş adamı Fəxrəddin Hüseynova vaxt verilməsini, razılaşmazsa cinayət işi başlanmasına dair göstəriş vermişdir. Bütün bunları unudaraq və başlıcası hakimin xüsusi qərardadda qeyd etdiyi adi gözlə görünən faktları (bir mənzilin 2 sahibinin olması, qanunsuz olaraq Ayturan Əliyevin adına 3-cü müqavilənin tərtib və ləğv edilməsi, yoldaşının razılığı olmadan mənzilin satışının rəsmiləşdirilməsi və s.) görməzdən gələn Rahib Seyidovun artıq bir ildir müxtəlif bəhanələrlə bizi “yola verməsi” Rayon Prokuroru məqamına ləkə gətirən ucuz göstəri hərəkətlərindən başqa bir şey deyildır.



“Hörmətli Zakir müəllim,

Rahib Seyidov və Nail Əliyevin can-başla himayə etdikləri dələduz qardaşların hansı bioqrafialara sahib olduqlarını, onların qanunları nə qədər heçə saydıqlarını, insanların mal-mülklərini haqsız və qanunsuz olaraq necə mənimsədiklərini, ətraflı məlumat olsun deyə nəzərinizə çatdırmağı zəruri bildik. Çünki etimad göstərib ehtibar etdiyiniz böyük bir rayonun prokuroru və müavini üçün bu xüsusatların heç bir əhəmiyyət kəsb etmədiyini açıq-açkar bildirmiş və əksinə şəxsi maraqları naminə isə bütün qanunsuzluqlara tərəddüdsüz imza atmışlar: Fəxrəddin Hüseynov Balaxan oğlu- özgə malını mənimsədiyi üçün CM-nin 179 maddəsi ilə 10 il məhkumluq həyatı yaşayaraq yaxın vaxtlarda azadlığa buraxılmış və yeni dələduzluq əməlləri törətməkdədir. (Qardaşı) Elxan Hüseynov Balaxan oğlu -(məşur “MUR-AY” MMC-nin təsiscisi) Məlumunuzdur- respublika səviyyəsində görünməmiş elə bir dələduzluq cinayəti törətmişdir ki, (317 mənil və qeyri yaşayış sahəsini 1000-dən çox vətəndaşa satmışlar) Respublikanın bütün rəhbərliyi, hətta mötərəm Prezident İlhan Əliyev Cənabları bu işi nəzarətə götürərək 1000-dən çox vətəndaşa (Elxan Hüseynov 6 nəfər işçisi tərəfindən) vurulmuş ziyanın bərpa olunması üçün göstəriş vermiş və nəticədə problem öz həllinı tapmış, dələduzlara başçılıq edən Elxan Hüseynov isə 15 il azadlıqdan məhrum edilərək cəza çəkməkdədir.(Qardaşı) Ələkbər Hüseynov Balaxan oğlu- törətdiyi mənzil dələduzluğu əməlinə görə 2014-ci ildə AR.CM-nin 178 3.2 maddəsi ilə barəsində 140206054 saylı 07 iyul 2014-cü il tarixli cinayət işi başlanmışdır. Qaçıb gizləndiyi üçün məcburi gətirilmə qərarı ilə Yasamal Rayon Polis idarəsi tərəfindən tutularaq saxlanmış və Kürdəxanı təcridxanasına göndərilmə ərəfəsində mənimsədiyi əmlakları qismən pul, qalan borcunu əmlakla ödədiyi üçün azad olunmuşdur.

Hörmətli Zakir muəllim, Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Prokurorluğunun 90 illik yubileyinə ünvanladığı təbrik məktubunda qeyd edir ki, “Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”. Cənab prezidentimizin bu çağırışından sonra, Abşeron Rayon Prokuroru Rahib Seyidovun və müavini Nail Əliyevin bu çağırışa heç bir əhəmiyyət verməyərək, sırf şəxsi maraqları naminə, bioqrafiyaları dələduzluqlarla dolu olan bu qardaşları inadla himayə etmələri dərin təəssüf hissi ilə birgə təəcüb və heyrət doğurmaqdadır. Nail Əliyevin qanunlarla daban-dabana zidd hərəkətlər törətməsinin əsil səbəbi isə öz qayınatasına (MTN-in baş İstintaq İdarəsinin sabiq rəisi, Eldar Mahmudovun yaxın silahdaşı olmuş Mövlan Şıxəliyev) güvənməsindədir. Rahib Seyidovun dələduzluqda məşurlaşmış Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının qanunlarla daban-dabana zidd əməllərini məqsədli olaraq görməzdən gəlməsi isə Cənab Prezidentimiz İlham Əliyevin çağırışlarına heç bir əhəmiyyət verməməsinin bariz nümayişindən başqa bir şey deyildir. Artıq bir ildır təməli Nail Əliyev tərəfindən qoyulmuş, bu gün isə rayon prokuroru Rahib Seyidov tərəfindən məqsədli olaraq davam etdirilən qanunsuzluqlar bizi təngə gətirmiş və iki azyaşlı uşaqlarımızla birlikdə bizi yollarda qoymuşdur.

Hörmətli Baş Prokuror, Abşeron Rayon Prokurorluğunda başımıza gətirilən, inanılması belə mümkün olmayan qanunazidd hərəkətlər artıq bizi son həddə gətirmişdir. Üzləşdiyimiz problemin ədalətli həll edilməsi və sözügedən xüsusi qərardadın qanunauyğun araşdırılaraq, ailəmizin taleyi ilə bağlı olan bu məsələni şəxsi nəzarətinizə götürərək obyektiv həll edilməsini xahiş edirik.

Hörmətlə,

Gülnarə Fərəcova

Ayturan Əliyev

Müzəffər Məmmədli

25 sentyabr 2018 il.

Məsələ ilə bağlı Abşeron Rayon Prokurorluğuna müraciət etdik.

Strategiya.az: Ərizəçi Ayturan Əliyev, Gülnarə Fərəcova və Müzəffər Məmmədlinin şikayətində bildirilir ki, Ayturan Əliyevin adına olan mənzil bir neçə şəxsə satılıb. Bu barədə Abşeron Rayon Məhkəməsinin xüsusi qərardadı var. Bu barədə nə deyə bilərsiniz?

Abşeron Rayon Prokurorounun müavini Nail Əliyev Strategiya.az saytına danışarkən bildirdi: “Mən Sizinlə Abşeron Rayon Prokuroru Rahib Seyidovun adından danışıram.Çünki prokuror nəzarətini Rahib Seyidov həyata keçirir mən isə onun müaviniyəm. Burada bir mənzilin bir neçə şəxsə satılmasından deyil, sadəcə olaraq Ayturan Əliyevin arvadı Gülnarə Fərəcovanın razılığı olmadan mənzilin satılmasından söhbət gedir. Abşeron Rayon Məhkəməsinin cinayət əməllərinin araşdırılması barədə xüsusi qərardadına gəldikdə biz həmin xüsusatları araşdırıb qərar qəbul etmişik ”

Strategiya.az: Bizdə olan məlumata görə Ayturan Əliyev sağlıq durumu normal deyil...

Abşeron Rayon Prokurorunun müavini Nail Əliyev: “ Xeyr Ayturan Əliyev sağlam adamdır və adekvat olaraq öz hərəkətlərini anlayır, istəsəniz çağırıb dindirə bilərsiniz”

Redaksiyadan: Ayturan Əliyevin xəstəliyi ilə bağlı redaksiyamıza təqdim edilən sənədləri oxuculara təqdim edirik.






Xəbər 4518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +